Bu dəfə “Zaman Maşını” verilişində qonağımız arıçı Pərvin Mehdiyev oldu. 20 May – Beynəlxalq Arı Gününə həsr olunmuş buraxılışda əsas diqqət Qarabağ və Şərqi Zəngəzur bölgəsində arıçılığın inkişafına yönəldi. Qonağımız bu ərazilərin unikal flora və faunasının balın keyfiyyətinə təsirindən, dağ və çəmən balları arasındakı fərqlərdən, bölgənin bal məhsullarının dünya bazarına çıxarılması perspektivlərindən bəhs etdi. Arıçılığın həm iqtisadi, həm də ekoloji baxımdan əhəmiyyəti barədə maraqlı məlumatlar verildi.