"Zaman Maşını" verilişinin növbəti buraxılışının qonağı Qobustan Milli Tarix-Bədii Qoruğunun aparıcı elmi işçisi Nuranə Həsənova ilə birlikdə Qobustanın tarixi, mədəni və coğrafi əhəmiyyəti, ərazidə aparılan qoruma tədbirləri və bu unikal abidə haqqında maraqlı faktlardan danışdıq.
Qədim insan həyatının izləri, minilliklərə meydan oxuyan qayaüstü təsvirlər, daş kitabələr və vulkanların diyarı haqqında maraqlı faktlarla zəngin bir söhbət sizi gözləyir.