Boş bloknotu vərəqlədi şair.Diqqətlə ağ səhifələrinə baxdı. Bu marağını görən yazıçı sağ əlini işarət barmağı ilə gicgahına sıxaraq, “axtardığın burdadır, hələ çölə çıxmayıb” – dedi. “Min bir əziyyətlə alınmış bir bloknotu niyə istifadə etmirsən?”-dedi şair. Yazıçı bir müddət cavab vermədi. Ağ kağızlar qələminə həsrət qalıb ifadəsini işlədən şairin sərt baxışlarından qurtula bilməyəcəyini anlayıb…