“Kədərin salamı var” – deyə səsləndi bir şair. Ardınca bir neçə saniyə səssizlik oldu. Elə bir səssizlik ki, kədərin özünü orda hiss edə biləsən. Elə bir səssizlik ki, ora bir sonsuzluq yerləşdirə biləsən. “Kədərin salamı var, deyir “gələcəm bu gecə onun ziyarətinə.”” Sonra yenidən səssizlik bürüdü aləmi, bürüdü ki, heç kim soyuqdan donmasın. Soyuq var…