Gec oldu Gecə oldu Kədər düşdü Yuxusuz qaldım Qaranlıq da düşdü İşıqsız qaldım Söhbət etdim özümlə Nağıl danışdım Nağılsız qaldım Sənə danışdım hər şeyi Səndə qaldı Gözlədim Çox gözlədim Gec oldu Gəlmədin Mən sənsiz qaldım Gözü yuxulu qaldım Harda qaldım? Harda qaldın? Hardasan? Hansı yolla getdin? Bəlkə ardınca qaçım? Tapa bilərəm yolu? Çata bilərəm sənə?…