
Sign up to save your podcasts
Or


Bu dəfəki buraxılışımızda Əliağa bəylə reklam videoları haqqında danışdıq. Qonağımız Əliağa Şərəfxanlı Maverick marketinq kommunikasiyaları agentliyinin baş kopirayeridir və son işlərindən biri olan "İstəSən" (Azercell) kampaniyasının ərsəyə gəlməsində birbaşa iştirak etmişdir.
- Reklam filminin ərsəyə gəlməsi hansı addımlardan keçir?
Bizi izləyin:
https://linktr.ee/bazarpayi
#podcast #bazarpayi #marketinq #videoreklam #reklamfilmi #kreativ #maverick #podkast #azercell #istesen #ssenari
Bu dəfə bank sektorunda marketinqdən danışmışıq. Qonağımız Ələkbər bəy Finca, Kapital Bank kimi maliyyə qurumlarında marketinq üzrə fərqli vəzifələrdə çalışmış, RabitəBankda isə marketinq direktoru olaraq fəaliyyət göstərmişdir. Hazırda ABŞ-da MBA təhsilini davam etdirir.
Nələrdən danışdıq:
- Bank sektorunda marketinq trendləri
Qısa fasilədən sonra qaldığımız yerdən davam edirik. Bu buraxılışda Qələndər müəllimlə marketinqi öyrənmək barədə danışdıq.
Qələndər Məmmədli İqtisad Universitetindən marketinq fənnini tədris edir və həmçinin Ömürboyu Öyrənmə Mərkəzinin direktorudur.
Nələrdən danışdıq:
Bizi izləyin:
Google reklamları bizə hansı imkanları yaradır? E-ticarətdə effektiv avtomatlaşdırmalar? Hansı KPI-lər daha vacibdir? Expanded text ads güncəlləməsi və nələr gözlənilir?
Bu buraxılışda Google Premier Partner Kamal bəylə google reklamlarından danışdıq. Kamal bəy özü də youtube üzərindən google reklamları ilə bağlı kontent paylaşır. Kanalın linkini sizinlə paylaşırıq: https://www.youtube.com/channel/UCq8imlikEQT1TvNUgBuTIgw
Rəqəmsal marketinq büdcəsini necə müəyyənləşdirməli? Kampaniyaların büdcəsini optimizasiya edərkən nələrədə diqqət etməli? Və daha çoxu.
Bu buraxılışımızda Babaxan bəylə rəqəmsal marketinqdə büdcə optimizasiyasından danışırıq. Babaxan bəy 8 ildir ki, rəqəmsal marketinq üzrə çalışır, bundan əlavə Upper Education və DigitalHero bizneslərinin təsisçisidir.
Daxili komanda, yoxsa marketinq agentliklərinə işi ötürmək? Şirkətiniz üçün ən uyğun agentliyi necə seçmək lazımdır? Tez-tez agentlik dəyişməyin nəticələri nələrdir?
Bu buraxılışımızda Namiq bəy ilə marketinq agentlikləri ilə işləmək barədə danışdıq. Namiq bəy YelloAd marketinq agentliyinin həmtəsisçisidir, bununla yanaşı marketinq sahəsində pedaqoji fəaliyyətlə də məşğul olmaqdadır.
Bizi izləyin:
Şirkətlər necə müəyyən etməlidir ki, yeni məhsulun yaradılmasına ehtiyac var? Əvvəlcə məhsul yaratmaq lazımdır, yoxsa bazar araşdırması və seçimi etmək? FMCG sektorundan real keyslər və daha çoxu.
Innovativ bizneslər yerli bazarda necə sağ qala bilər? Xarici şirkətlərin yerli bazarda yaratdığı inhisar vəziyyəti, e-ticarət üçün uğur faktorları və daha çoxu bu buraxılışda.
Bu dəfəki buraxılışda Nicat Manafovla yerli bazarda innovativ bizneslər və marketinq haqqında danışdıq. Nicat bəy uzun illərdir ki, innovativ bizneslər və e-ticarət fəaliyyəti ilə məşğul olur və hazırda biznesin inkişafı üzrə mütəxəssis olaraq bizneslər üçün texnologiyaya əsaslanan həllər təklif edir.
Növbəti buraxılışları qaçırmamaq üçün bizi izləyin:
https://linktr.ee/bazarpayi
FMCG-də markanı uğurlu və uğursuz edən faktorlar? Biznes araşdırması, yoxsa biznes intiusiya? Aktiv treyd marketinq, yoxsa brend tanıtımına fokuslanmaq? Və daha çoxu...
Bu dəfəki qonağımız Novruz Rüstəmovla FMCG sektorunda bazara girişdən danışırıq. Novruz bəy A+CO şirkətində araq portfeli üzrə layihə meneceri olaraq çalışır və FMCG sektorunda 10 il təcrübəsi vardır.
Sosial mediada bizi izləyin:
https://linktr.ee/bazarpayi
Bizə nə qədər kreativ lazımdır? Viral işlər necə ortaya çıxır?
4-cü buraxılışımızda Orxan bəylə marketinqdə yaradıcılıqdan danışdıq və bir neçə yerli şirkətin nümunələrini müzakirə etdik. Orxan bəy hazırda Shamans kreativlər bürosunun təsisçisi və kreativ direktorudur.
Növbəti buraxılışları qaçırmamaq üçün bizi izləməyi unutmayın:
#bazarpayi #kreativ #marketinq #viral #brendinq #yaradiciliq
From the publisher's feed