31 mart 1922-ci ildə Almaniyada-"Hinterkaifeck" fermasında insanları dəhşətə gətirən qətl hadisəsi törədildi. Kənardan baxanlar üçün fermada hər şey normal görünürdü. Fermanın bacalarından tüstü çıxır, inəklər sağılır. Sanki 6 nəfər vəhşicəsinə qətlə yetirilməmişdi. Lakin bir müddət sonra qurbanlar tapılır və polisə xəbər verilir. Bundan sonra hadisələr inkişaf edir. Qandonduran cinayətin təfərrüatları bəlli olur. Polislər qatilin kim olduğunu tapa bildilərmi? Cinayətin nə üçün baş verdiyi məlum oldumu?