Bu dəfəki podkastımın qonağı Türkiyənin Muğla şəhərində yaşayan azərbaycanlı tv və radio aparıcısı Sona Rəsulovadır. Onu çoxlarınız ANS kanalındakı “Tutu gildə” və “Ana dili” verilişlərindən tanıyırsınız. Sonra isə radio aparıcısı kimi fəaliyyət göstərib.
Biz Sona ilə uzaqdan söhbət etdik və bir çox mövzulardan danışdıq – media, sosial həyat, heyvan sevgisi və gündəlik həyatımız.