Övlad sahibi olmaq istəyi bir çox insan üçün həyatın ən dərin və məsuliyyətli qərarlarından biridir. Bu qərarla birlikdə isə çox vaxt müxtəlif düşüncələr və təşvişlər də ortaya çıxır. Bəzi insanlar “yaxşı valideyn ola biləcəyəmmi?”, “övladımın ehtiyaclarını doğru şəkildə qarşılaya biləcəyəmmi?” kimi suallar üzərində düşünür, bəziləri isə uşağın gələcəyi, məsuliyyətin ağırlığı və həyatın dəyişməsi ilə bağlı narahatlıqlar yaşayır. Bu cür düşüncələr və təşvişlər əslində bir çox valideynin və ya valideyn olmağa hazırlaşan insanın yaşadığı təbii bir təcrübədir və çox zaman insanın öz həyat hekayəsi, keçmiş münasibətləri və uşaqlıq təcrübələri ilə də bağlı olur.
Unutmayaq ki, valideynlik təkcə uşaq böyütmək deyil — bu, yol boyu öz uşaqlığımızla təkrar-təkrar qarşılaşmaqdır.
Bu seriyanın davam edən bölümləri sizi öz ehtiyaclarınızla övladınızın ehtiyaclarını ayırd etməyə, ailə daxilində rolların və sərhədlərin necə formalaşdığını düşünməyə, həmçinin ailə daxilində alt sistemlərin necə işlədiyini və münasibətlərin hansı təməllər üzərində qurulduğunu birlikdə araşdırmağa dəvət edir. 🌿