Sign up to save your podcasts
Or

Bu epizodda biz elə də məşhur olmayan investor Hovard Marksın investisiya fəlsəfəsində ən vacib dərslərini sadə dildə izah edirik.
Əfqan və Emil öz araşdırmalarını və öyrəndikləri maraqlı məlumatları hər kəs üçün səmimi və anlaşılan dildə bölüşürlər.
Bu buraxılışda dünyanın ən uğurlu investorlarından sayılan Hovard Marksın 40 illik təcrübəsinə nəzər salırıq. Biz burada riskin nə olduğunu, bazarların necə hərəkət etdiyini və emosiyalara necə qalib gəlməyi müzakirə edirik.
Bu epizoddan öyrənəcəyiniz əsas dərslər:
· Əsl risk nədir? Qiymətlərin hər gün aşağı-yuxarı oynaması qorxulu deyil. Əsl risk — pulu birdəfəlik itirməkdir.
· Bazarın kəfkir hərəkəti: Qiymətlər heç vaxt eyni yerdə qalmır. Hərislik və qorxu arasında yellənən bazarda hamı eyni tərəfə qaçanda siz nə etməlisiniz?
· Kütlənin əksinə getmək (Kontrarianizm): Ən yaxşı fürsətlər hamının qorxub qaçdığı, "dünyanın sonudur" dediyi böhran anlarında gizlənir. Uğurun sirri yaxşı şirkəti sadəcə baha yox, su qiymətinə, yəni çox ucuz almaqdır.
· İnvestorun ən böyük düşməni: Bazar yox, insanın öz emosiyalarıdır. Mağazada endirim sahəsində sevindiyimiz halda, səhmlərin qiyməti düşəndə niyə qorxuruq? "Fürsəti qaçırmaq qorxusu"na (FOMO) necə qalib gəlməli?
· Şans, yoxsa bacarıq? Bir-iki dəfə bəxtiniz gətirə bilər, amma uzunmüddətli uğur üçün səbirli bir idmançı kimi düzgün anı gözləməyi bacarmalısınız.
Marksın bir misalını heç vaxt unutmayın. Orta dərinliyi 1.5 metr olan çayı keçərkən boğulan hündürboylu adamın hekayəsi bizə göstərir ki, orta rəqəmlərə kor-koranə inanmaq təhlükəli ola bilər.
Epizodda qeyd edilmiş məxəzlər:
The Most Important Thing: Uncommon Sense for the Thoughtful Investor
Memos From Howard Marks
Howard Marks - Co-founder of Oaktree | Podcast | In Good Company | Norges Bank Investment Management
Nassim Nicholas Taleb
Fooled by Randomness: The Hidden Role of Chance in Life and in the Markets
The Black Swan: The Impact of the Highly Improbable
Yeni buraxılışlarımızı qaçırmamaq üçün kanalımıza abunə olmağı və bu faydalı məlumatları dostlarınızla paylaşmağı unutmayın.
By Afgan & EmilBu epizodda biz elə də məşhur olmayan investor Hovard Marksın investisiya fəlsəfəsində ən vacib dərslərini sadə dildə izah edirik.