GDG Techcast-in bu epizodu süd vəzisi xərçənginin Machine Learning(Maşın Öyrənməsi) vasitəsi ilə öncədən təyin edilməsi üçün edilmiş elmi araşdırma bərədə olacaq.Qonağımız Nihat Abdullayev ilə edilən tədqiqat , istifadə edilən algoritm ,model və tədqiqatın çətinlikləri barədə danışdıq.
Nihat Abdullayev Azerconnect şirkətinin Advanced Data Analysti və Huawei Şirkətinin tələbə səfiridir. Eyni zamanda Nihat ADA Universitetinin Data Analitika Elmi Araşdırma Laboratoriyasınında araşdırmaçıdır. “Seeds For The Future”, “ABCC”, “Battle Of Minds” kimi yerli və beynəlxalq nüfuzlu texnologiya yarışmalarda qalib olmaqla yanaşı, “Quantum Machine Learning”, “Breast Cancer Detection”, “Spectral Type Analysis of Stars” elmi məqalələrinin həmmüəllifi və Tenter startapının həmtəsisçisi və CTO-sudur.
Podcast-in çəkilməsi üçün dəstək olan İnnovasiyar və Rəqəmsal İnkişaf Agentliyininə təşəkkürümüzü bildirik.