
Sign up to save your podcasts
Or


Heç olubmu ki, bir qərarın bütün müsbət və mənfi tərəflərini yazmısınız, amma yenə də nə edəcəyinizi bilməmisiniz? Bəlkə də problem qərarın çətinliyində yox, istifadə etdiyiniz metoddadır.
Bu epizodda məşhur Pros & Cons metodunun niyə çox vaxt səthi nəticələr verdiyini və onun əsas çatışmazlıqlarını araşdırırıq. Daha sonra isə bu sadə üsuldan daha dərin düşünmək və daha yaxşı qərarlar vermək üçün necə istifadə edə biləcəyimizi öyrənirik.
Bəzi qərarları geri qaytarmaq mümkündür, bəzilərini isə yox. Jeff Bezosun məşhurlaşdırdığı “Bir və İki Tərəfli Qapı” yanaşması bizə hansı qərarları sürətlə, hansıları isə daha diqqətlə verməli olduğumuzu öyrədir. Bu epizodda daha ağıllı qərarlar verməyin sadə, amma güclü prinsipindən danışırıq.
Bu epizodda Decision Tree (Qərar Ağacı) yanaşmasının düşüncə tərzimizə, seçimlərimizə və hadisələri dəyərləndirməyimizə necə təsir etdiyindən danışırıq. Seçimlərimizin mümkün nəticələrini əvvəlcədən görmək və daha düzgün qərarlar vermək üçün necə düşünməliyik?
Daha aydın düşün, daha yaxşı qərarlar ver!
Niyə çox vaxt indi əldə edə biləcəyimiz kiçik bir həzzi gələcəkdə qazanacağımız daha böyük faydadan üstün tuturuq? Psixologiyada Temporal Discounting adlanan bu düşüncə mexanizmi qərarlarımıza, vərdişlərimizə və uzunmüddətli hədəflərimizə necə təsir edir?
Bu epizodda temporal discounting anlayışını, onun gündəlik həyatımızda necə işlədiyini və bu mexanizmin fərqində olmağın daha rasional qərarlar verməyimizə, impulslarımızı idarə etməyimizə və gələcəyimizi daha düzgün qurmağımıza necə kömək edə biləcəyini müzakirə edirik.
Qərar verərkən yalnız bu günü deyil, 10 dəqiqə, 10 ay və 10 il sonranı düşün.
Bu epizodda 10-10-10 yanaşmasını və 10-10-10 alətini istifadə edərək daha aydın, daha şüurlu və daha düzgün qərarlar verməyin yolundan danışıram.
Description: Yaxşı nəticə həmişə düzgün qərar verdiyimiz demək deyil. Pis nəticə də həmişə səhv qərar verdiyimiz anlamına gəlmir.
Bu epizodda qərarlarımızı yalnız nəticəyə görə qiymətləndirməyin niyə təhlükəli olduğunu danışıram. Qərar verərkən əlimizdə olan məlumatı, ehtimalları, riskləri və düşünmə prosesimizi necə qiymətləndirməliyik? Nəticədən asılı olmayaraq qərarvermə prosesimizi necə daha sistemli və daha düzgün edə bilərik?
Çünki məqsəd hər dəfə düzgün nəticə əldə etmək deyil. Məqsəd düzgün qərar vermə ehtimalımızı artıran daha yaxşı bir düşünmə sistemi qurmaqdır.
Bu epizodda sizinlə çox sadə, amma son dərəcə effektiv bir metod paylaşıram. Beynimiz həmişə yeni şeylər axtarır — bu onun təbiətidir. Amma bu təbiət bizim disiplinimizin, davamlılığımızın və məhsuldarlığımızın ən böyük düşmənidir. Bu metod məhz bunun qarşısını almağa kömək edir. Çətin işlərə başlamağı, başladığını bitirməyi və hər gün özündən daha yaxşı olmağı öyrədir. Asan deyil. Amma işləyir.
məhsuldarlıq, disiplin, davamlılıq, vərdiş, özünüinkişaf, beyin, fokus, zehni güc, motivasiya, hədəf, uğur, kouçinq, Azərbaycan podkastı, azərbaycanca podkast, The Valiyev Show, İsmayıl Valiyev.
Bu epizodda niyə bəzən özümüzə lazımsız stress yaratdığımızdan danışdım.
Daim məhsuldar olmağa çalışmağın görünməyən mənfi tərəflərini, stresin əsas səbəblərini və bununla necə daha sağlam şəkildə baş edə biləcəyimizi araşdırdıq.
Həmçinin vaxtımızın, enerjimizin və əlimizin altındakı resursların fərqində olub, buna baxaraq qərar verməyin niyə bu qədər vacib olduğundan danışdıq.
Sən heç bir işi başlamaq istəyib, amma haradan başlayacağını bilməyib donub qalmısan?
Bəlkə problem motivasiya yox, addımın özüdür.
Bu epizodda "Növbəti Ən Kiçik Addım" metodundan danışırıq — beyni aldatmağın ən sadə, ən effektiv yolu.
Böyük hədəf yox, bir kiçik hərəkət. Sadəcə bir.
Qulaq as və bu gün özün üçün sına.
From the publisher's feed
The Valiyev Show — Azərbaycanca elit performans, kouçinq, sahibkarlıq və özünüinkişaf podkastıdır. Hər epizodda ekspertlər, koçlar və sahibkarlarla dərin söhbətlər aparılır, ya da İsmayıl Vəliyev…
Podkastın əsas mövzuları: liderlik, kouçinq, davranış dizaynı, sahibkarlıq, vərdiş formalaşdırma, məhsuldarlıq, şəxsi və peşəkar həyatda uğur. Əgər potensialını reallaşdırmaq, düşüncə tərzini dəyişmək və nəticə əldə etmək istəyirsənsə — bu podkast sənin üçündür.
özünüinkişaf, liderlik, kouçinq, davranış dizaynı, sahibkarlıq, vərdiş, məhsuldarlıq, disiplin, motivasiya, həhəf, özgüvən, uğur, şəxsi inkişaf, peşəkar inkişaf, Azərbaycan podkastı, azərbaycanca podkast, İsmayıl Valiyev.
The Valiyev Show is Azerbaijan's premier podcast on elite performance and personal growth. Each episode features either in-depth interviews with coaches, entrepreneurs, and thought leaders — or solo insights from host Ismayil Valiyev on what it truly takes to succeed in life and business.
Core topics include leadership, coaching, behavior design, entrepreneurship, habit formation, productivity, and achieving success in both personal and professional life.
self-development, leadership, coaching, behavior design, entrepreneurship, habit formation, productivity, discipline, motivation, goal setting, confidence, success mindset, personal growth, professional development, Azerbaijani podcast, podcast in Azerbaijani, Ismayil Valiyev.