Havva Safarova - Ninja Mama Podcast

Travmalar bizi güclü edib? İndiki nəsil niyə zəifdir?


Listen Later

Bugün bizə psixoloqların həddindən artıq məlumat axını nəyi ötürməyə çalışır? Travmalar bizə həqiqətən zərərmi verir? Bu proseslərin qızıl ortasını qonağım, Nəfəs Psixi-Sağlamlıq Mərkəzinin həkim-psixiatrı Ramil Hüseynzadə ilə müzakirə etdik. Bəs siz necə düşünürsünüz?


01:00 - Ramil Hüseynzadə kimdir?

01:30 - Psixi dözümlülük nədir?

02:40 - Bizim valideynlərin psixologiyası yox idi? Niyə onlar haqqında kimsə düşünmürdü? Ancaq biz indi hər şeyi travma ilə əlaqələndiririk.

05:34 - İnsan ya tam dərinə gedir, ya da ümumiyyətlə psixologiyanı məsxərəyə qoyur. Bunun qızıl ortası nədir? Hər şeydəmi psixoloqa qaçmaq lazımdır?!

10:33 - Çətin zamanlar güclü insanlar formalaşdırır, güclü insanlar zəif xarakterlər formalaşdırır. Bu fikirlə razısınızmı? Burada qızıl orta nə olmalıdır?!

14:45 - Səni dəstəkləməyən partnerindən boşanmaq, yoxsa istədiyin dəstəyi alana kimi mübarizə aparmaq? Doğru olan nədir?

20:19 - Boşanmağı adiləşdirmək nə dərəcədə normaldır?

25:57 - İnsanlar bəzən münasibətlərinin qeyri-sağlam olmadığının fərqində olmurlar və bunu normallaşdırırlar. Biz boşluqlarımıza görə münasibətə giririk? Buna əsl mənada nə ad vermək olar?

31:39 - Psixoloji dözümlülüyü kontrolda saxlamağın bir yolu var? Fərqində olmaq hər şeyi həll edir?

38:54 - Niyə biz realı qəbullanmırıq? Niyə reallıqlardan qaçırıq?

44:54 - Niyə yol bizə maraqlı deyil? Niyə bu yolun dadını çıxarmaq istəmirik?

50:38 - Uşaqların psixoloji dayanıqlığını davamlı etmək üçün valideynlər necə və hansı addımlar atmalıdırlar?

Hosted on Acast. See acast.com/privacy for more information.

...more
View all episodesView all episodes
Download on the App Store

Havva Safarova - Ninja Mama PodcastBy Havva Safarova