"Valideyn saatı" verilişində qonaq psixoloq, NLP Master Elmir İsgəndərov ilə imtahan həyəcanının yaranma səbəbləri, onun uşaqlarda özünəinam və nəticələrinə təsiri, eləcə də valideynlərin bu prosesdə rolu barədə müzakirə etdik. Qonağımız, həmçinin imtahan stressinin idarə olunması üçün psixoloji üsullar, uşaqlara dəstək yolları barədə valideynlərə faydalı tövsiyələr verdi.