#011 Dönüş nöqtəsi - Kitab xülasəsi - BFÇ Podcast

#011 Dönüş nöqtəsi - Kitab xülasəsi - BFÇ Podcast

By Bir Fincan ÇayEducationSelf-Improvement
Download on the App Store

#011 Dönüş nöqtəsi - Kitab xülasəsi - BFÇ Podcast episodes

  • #013- Azaltma- Kitab xülasəsi - BFÇ Podcast

    “Az olsun, saz olsun” məsəlini yəqin ki, hamınız eşitmisiniz. Amma yaşadığımız şəhərlərə, evlərə, işlədiyimiz ofislərə baxsaq görərik ki, çoxumuz bunun tam əksini edirik. Alış-veriş etməyimizdən və ya məktub yazmağımızdan asılı olmayaraq biz daim əlavələr etməyə can atırıq . 

    13-cü buraxılışımızda sizinlə Leidy Klotz-un "Subtract" kitabının xülasəsini paylaşırıq. Kitab lazımsız şeyləri həyatımızdan uzaqlaşdırmaqla pozitiv dəyişikliklərə necə nail ola biləcəyimizdən bəhs edir.  Gəlin, bir fincan çayımızı süzək və podkastımızı dinləməyə başlayaq.   

    Kitabı əldə etmək üçün : https://www.amazon.com/Subtract-Untapped-Science-Leidy-Klotz/dp/1250249864 

    00:00 - Başlanğıc  

    03:05- Zehni cəhətdən çoxaltmaq anlayışı azaltmaq anlayışından daha əlçatandır 

    05:40- Əlavə edərkən biz özümüzü daha bacarıqlı və xoşbəxt hiss edirik. 

    07:30- Sivilizasiya əlavələr nəticəsində yaranıb  

    09:40 - Keynes iqtisadiyyatı bizə əlavələr etməkle maddi rifahımızın yaxşılaşacağını təbliğ edir 

    12:35- Sistematik ayrı-seçkiliyə qarşı bu üsulla mübarizə aparmaq mümkündür  

    15:00- Çıxarış əlavə zəhmətə dəyər 

    16:45- Yekun xülasə  

    17:15- Sonluq

    18 min
  • #012 Soruşmaq ayıb deyil - Kitab xülaləsi - BFÇ Podcast

    Mübahisə zamanı qarşınızdakı şəxsi nəyəsə inandırmağa çalışarkən, yəqin ki öz inanclarınızı dəstəkləyən fakt, arqument və fikirlərə istinad edirsiniz.

     12-ci buraxılışımızda sizinlə Trey Gowdy-nin "Doesn't Hurt to Ask" kitabının xülasəsini paylaşırıq. Kitab başqalarının müxtəlif məsələlərə baxış bucağını öz inanc və fikirlərinizə doğru istiqamətləndirməklə şəxsi və professional həyatınızın hər sahəsində mübahisə etmək bacarıqlarınızı inkişaf etdirə necə inkişaf etdirə biləcəyinizdən bəhs edir.  

    Gəlin, bir fincan çayımızı süzək və podkastımızı dinləməyə başlayaq.  

    Kitabı əldə etmək üçün : https://www.amazon.com/Doesnt-Hurt-Ask-Questions-Communicate/dp/B0863B566H

    26 min
  • #011 - Dönüş nöqtəsi - Kitab xülasəsi - BFÇ Podcast

    Dönüş nöqtəsi, bir fikrin, trendin və ya sosial davranışın bir astananı keçib meşə yanğını kimi yayılmasıdır.

    11-cu buraxılışımızda sizinlə Malcolm Gladwell-in “Tipping point”, yəni “Dönüş nöqtəsi” kitabının xülasəsini paylaşırıq. Kitab ideyaların epidemiyalar kimi sürətlə yayılması və bunlara hansı faktorların səbəb olmasından bəhs edir.  

    Gəlin, indi bir fincan çayımızı süzək və podkastımızı dinləməyə başlayaq.

    14 min
  • #010 - Beynin yuyulması - Kitab xülasəsi - BFÇ Podcast

    "Beynin yuyulması"-ı üçün inamlı addımlar atmaq vacibdir, vərdişlərimizi yaxşıya doğru dəyişmək bu addımların ən önəmlisidir. 

    10-cu buraxılışımızda sizinlə David Perlmutter, Austin Perlmutter və Kristin Loberg-in “Brain Wash”, yəni “Beynin yuyulması” kitabının xülasəsini paylaşırıq. Kitabın əsas mövzusu müasir mədəniyyətin beynimizə etdiyi zərərli dəyişikliklər və onlara qarşı vərdişləri dəyişmək yolu ilə mübarizə üsulları haqqındadır.  

    Gəlin, indi bir fincan çayımızı süzək və podkastımızı dinləməyə başlayaq.

    25 min
  • #009 - Qadınlar necə yüksəlir - Kitab xülasəsi - BFÇ Podcast

    Qadınlar necə yüksəlir”-ə nail olmağın müxtəlif yolları var - əsas odur niyyətiniz olsun.   

    9-ci buraxılışımızda sizinlə Sally Helgesen və Marshall Goldsmith-in “How Women Rise”, yəni “Qadınlar necə yüksəlir” kitabının xülasəsini paylaşırıq. Kitabın əsas mövzusu qadınların cəmiyyətdə müxtəlif limitləri aşmaqla, daha da yüksəlməkləri haqqındadır.   

    Gəlin, indi bir fincan çayımızı süzək və podkastımızı dinləməyə başlayaq.    


    16 min
  • #008 - Bir sahibkar kimi düşün, bir CEO kimi davran - Kitab xülasəsi - BFÇ Podcast

    8- ci buraxılışımızda sizə Beverly Jones-un “Think Like an Entrepreneur, Act Like a Ceo”, yəni “Bir sahibkar kimi düşün, bir CEO kimi davran” kitabının xülasəsini paylaşırıq. 

    Kitabın əsas mövzusu bir sahibkar düşüncəsi formalaşdıraraq yeni fikirlər təklif edib, eyni zamanda bir CEO kimi davranaraq bu fikirləri həyata keçirmək haqqındadır.  

    Beverly E. Jones, bu iki bacarığı tez öyrənmək üçün bizə 50 tövsiyədən ibarət bir məlumat toplusu təqdim edir.  

    Gəlin, indi bir fincan çayımızı süzək və bu tövsiyələr ilə yaxından tanış olaq.

    22 min
  • #007 - Zamanın effektiv dəyərləndirilməsinin 3 sirri - Kitab xülasəsi - BFÇ Podcast

    "Zamanın effektiv dəyərləndirilməsinin 3 sirri"-ə nail olmağın müxtəlif yolları var - əsas odur niyyətiniz olsun.   

    7-ci buraxılışımızda sizə Elizabeth Grace Saunders-ın “The 3 Secrets to Effective Time Investment”, yəni “Zamanın effektiv dəyərləndirilməsinin 3 sirri” kitabının xülasəsini paylaşırıq. Kitabın əsas mövzusu zamanınızı səmərəli keçirdərək həyatınızı daha yaxşıya doğru dəyişə bilməyiniz haqqındadır.  

    Gəlin, indi bir fincan çayımızı süzək, və zamanı effektiv dəyərləndirmənin 3 sirri ilə ətraflı tanış olaq.   


    23 min
  • #006 - Sözlər düşüncənizi dəyişə bilər - Kitab xülasəsi - BFÇ Podcast

    “Words Can Change Your Brain"-ə nail olmağın müxtəlif yolları var - əsas odur niyyətiniz olsun. 

    6-cı buraxılışımızda sizə Andrew Newberg və Mark Robert Waldman “Words Can Change Your Brain”, yəni “Sözlər düşüncənizi dəyişə bilər" kitabının xülasəsini sizinlə bölüşürük. Nevroloq alim Andrew Newberg və Mark Waldman “Sözlər düşüncənizi dəyişə bilər” adlı kitablarında “Şəfqətli Ünsiyyət” adlandırdıqları bir ünsiyyət modeli təqdim edirlər. Müəlliflər inanırlar ki, Şəfqətli ünsiyyət qurmağın 12 addımı vasitəsi ilə həyata keçirmək mümkündür.  

    Gəlin indi bir fincan çayımızı süzək, və 12 addımımıznan ətraflı tanış olaraq; insanlarnan daha düzgün ünsiyyətdə olmağın sirrini öyrənək.

    27 min
  • #005 - Bənövşəyi inək - Kitab xülasəsi - BFÇ Podkast

    Bu podkastımızda Seth Godinin "Purple cow" - "Bənövşəyi inək" kitabının xülasəsini sizinlə bölüşürük. Kitabda kreativ reklamçılığın effektiv olmadığı və bunun əvəzinə fərqli məhsulla diqqət cəlb etməyin müasir dövrdə uğurun yeganə yolu olduğu söylənir. Gəlin, çayımızı süzək və bu kitabı da birlikdə bitirək.

    22 min
  • #004 - Tam diqqət - Kitab xülasəsi - BFÇ Podkst

    4-cü buraxılışımızda sizə Cal Newportun "Deep work" - "Tam diqqət" kitabının xülasəsini təqdim edirik. Bu kitabda biz dövrümüzün ən böyük problemlərindən biri olan fikrimizi cəmləməyin yollarını öyrənirik. İndi isə gəlin, podkastı birlikdə dinləyək.

    17 min

About #011 Dönüş nöqtəsi - Kitab xülasəsi - BFÇ Podcast

From the publisher's feed

Dönüş nöqtəsi, bir fikrin, trendin və ya sosial davranışın bir astananı keçib meşə yanğını kimi yayılmasıdır.