"Zaman Maşını" verilişinin qonağı Kimya İnstitutunun baş elmi işçisi texnika elmləri doktoru, dosent Elmira Nağıyeva oldu. Qonağımız laboratoriyada Bakı və Şərq nefti əsasında yaradılan M-8B, M-12VB, M-8G1, M-10G2, M-20V2F və digər motor yağlarının yaradıcı müəlliflərindən biridir. Həmçinin 66 ixtiranın müəllifidir.