Verilişin bu dəfəki qonağı "Lifestyle" bloqer və piano müəllimi Gülarə İsmayılova ilə İspaniya səyahəti haqqında maraqlı söhbət etdik. Buraxılışda Barselona, İbiza, Marbella və Seviliya kimi möhtəşəm şəhərlərdəki təcrübələr, "La Sagrada Familia" və Park Güell kimi tarixi abidələr barədə ətraflı məlumat əldə edəcəksiniz. Gülarə xanım həmçinin İspaniyanın yüksək qiymətləri, Paella və Tacos kimi məşhur yeməkləri barədə danışır, eləcə də İspaniya və İtaliyanı müqayisə edərək İspaniyanın nə üçün daha təhlükəsiz və cəlbedici olduğunu izah edir. Gələcək səyahət planlarında Taylandın adalarını (Phi Phi, Phuket, Krabi) kəşf etmək istəyini bildirən qonağımızın İbizada Calvin Harris konsertində yaşadığı inanılmaz hislər və başının üzərindən keçən təyyarələrlə bağlı xatirələri videoya xüsusi rəng qatır.
Aparıcılar: Rəhman Rəsulov
Qonaq: Gülarə İsmayılova