PLANET FM
Download on the App Store

All PLANET FM episodes

  • ESG hesabatlılığı nədir? Avropa qaydaları, karbon vergisi və yerli biznesə təsirləri
    Layihənin əsas məqsədi elm, təhsil və innovasiyaları geniş ictimaiyyət üçün daha əlçatan, anlaşıqlı və maraqlı etməkdir. ABŞ-nin nüfuzlu Stanford Universitetinin Dayanıqlı Əməliyyatlar üzrə proqramının məzunu Aybəniz İsmayılovanın təqdimatında dinləyicilər ADA Universitetinin müəllim-professor heyəti, tədqiqatçıları və tələbələri ilə aparılan maraqlı müzakirələrdə gündəlik ekoloji vərdişlər üçün praktiki məsləhətlər, idarəetmədə yaşıl təşəbbüslər, dayanıqlıq proseslərinin həyatımızda təzahürü haqqında məlumatlar öyrənəcəklər.
    39 min
  • Ağıllı Sayğaclar və "Smart Grid": Elektrik Enerjisinə Necə Qənaət Etmək Olar?
    Süni intellekt, data mərkəzləri və elektromobillərin sürətlə artması elektrik şəbəkələrini necə dəyişir?

    "Planet FM"in "İqlim gündəliyi" verilişinin qonağı olan "Azərişıq" ASC-nin Texnoloji innovasiyalar şöbəsinin və Beyin mərkəzinin rəhbəri, energetika üzrə ekspert Fərid Zalıyev süni intellektin enerji sektorundakı rolu, ağıllı şəbəkələr (Smart Grid) və Azərbaycanın 2035-ci il yaşıl enerji hədəfləri barədə ətraflı məlumat verir. Buraxılışda həmçinin elektromobil batareyalarının utilizasiyası, şarj stansiyalarında ağıllı yük bölgüsü, Qarabağ və Şərqi Zəngəzurda qurulan rəqəmsal idarəetmə mərkəzləri, ağıllı sayğacların üstünlükləri və məsuliyyətli enerji istehlakı mövzuları müzakirə olunur.
    46 min
  • "Qara Cümə" (Black Friday) Adı Haradan Gəlir? | Brend Strategiyası və "İnfluencer" Xətaları
    Berlin və Paris səyahəti arasında hansı fərqlər var, Almaniyada göyərçinlərə yem vermək niyə cərimə sayılır və "Black Friday" (Qara Cümə) adı əslində haradan yaranıb?

    Planet FM-in qonağı olan marketinq mütəxəssisi Şəbnəm Hümbətova Almaniya, Fransa və Türkiyə səfərlərindən real təəssüratlarını, Avropanın gündəlik yaşayış qaydalarını və qlobal marketinq sirlərini bölüşür. Söhbət zamanı həmçinin İstanbulun gizli gözəllikləri (Kadıköy və Eyüp Sultan), Azərbaycan və Türkiyə reklam bazarının fərqləri, "influencer"lərin güvən itkisi və Avropada marketinqin ən güclü olduğu ölkə haqqında maraqlı faktlar açıqlanır.

    Aparıcılar: Cavid Neymətzadə, Rəhman Rəsulov
    Qonaq: Şəbnəm Hümbətova
    31 min
  • Qarabağ Zəfərini Dünyaya Tanıdan Film: “Zəfər Rəqsi”nin Beynəlxalq Uğuru
    “Zəfər Rəqsi” qısametrajlı filmi 12 beynəlxalq festivaldan 9 mükafatla, o cümlədən Haaqa Film Festivalının əsas nominasiyası üzrə qalibiyyətlə qayıtdı!

     “Planeti VISA ilə kəşf edək” rubrikasında bu möhtəşəm uğurun pərdəarxası haqqında ADA Universitetinin kommunikasiya və media üzrə müəllimi Şəfəq Mehrəliyeva ilə geniş söhbət apardıq.
    30 min
  • “Qida zəhərlənmələri: səbəblər, risklər və qorunma yolları”
    AQTA və "Planet FM" (88.7 FM) qida təhlükəsizliyi sahəsində yeni maarifləndirmə layihəsinə start verib. 

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi və sağlam qidalanma vərdişləri barədə məlumatlılıq səviyyəsinin artırılması, eləcə də istehlakçı hüquqlarının qorunması məqsədilə "Planet FM" radiosu ilə birgə yeni maarifləndirmə layihəsinə başlayıb.

    İlk buraxılışın qonağı AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova  oldu.

    AQTA ilə “Planet FM”də maariflənin, süfrəniz açıq, qidanız sağlam olsun!

    Aparıcı: Nigar Məmmədova
    46 min
  • Milyonçuların Şəhəri Marbella və İspaniyanın Gizli Gözəllikləri | Biletlər, Tapas və Gəzməli Yerlər
    İspaniyaya səyahət planlayırsınız, amma hansı şəhərləri seçəcəyinizi və büdcənizi necə böləcəyinizi bilmirsiniz? Bu buraxılışda hüquqşünas və səyahət bloqeri Səadət Əliyeva 7 gün ərzində gəzdiyi 4 fərqli İspaniya şəhəri — Barselona, Malaqa, Marbella və Sevilya haqqında real təəssüratlarını, hotel qiymətlərini, daxili nəqliyyat sirlərini və büdcəli səyahət məsləhətlərini bölüşür.

    Aparıcılar:Rəhman Rəsulov

    Qonaq: Səadət Əliyeva
    35 min
  • Xaricdə Pulsuz Təhsil: Dövlət Proqramı ilə Necə Qəbul Olmaq Olar? | Amal Mirzəyev
    Xaricdə pulsuz təhsil almaq və Dövlət Proqramının qalibi olmaq üçün nə etmək lazımdır?
    Planet FM-in "Zaman Maşını" verilişinin qonağı kompüter mühəndisi Amal Mirzəyev ABŞ və İngiltərədən qəbul almasına baxmayaraq, nə üçün məhz Avstraliyanın Sidney Universitetində (University of Sydney) kibertəhlükəsizlik ixtisasını seçdiyini izah edir. Müsahibədə həmçinin Teknofest-də qazanılan "Ən yaxşı təqdimat" mükafatı, NASA Space Apps Challenge müsabiqəsi, süni intellektin gələcək peşələrə təsiri, kiberhücumlardan (fişinq və sosial mühəndislik) qorunma yolları və gənclərin elmə marağı haqqında vacib məlumatlar paylaşılır.

     Aparıcı: Nigar Məmmədova
    39 min
  • Avropada Xidmət Niyə Bərbaddır? Afinada Yaşanan Şok Hadisə və Asiya Səyahətinin Fərqi
    Avropa ölkələrində xidmət sektoru niyə zəifdir, İstanbul son illərdə nə qədər dəyişib və dünya turistləri nə üçün artıq Avropadan çox Asiya ölkələrinə üstünlük verir? Bu buraxılışda aparıcı və sahibkar Səma Abiyeva Barselona, Afina, İstanbul, Yaponiya və Koreya səyahətlərindən real təəssüratlarını, "Acun Medya"da iş təcrübəsini və qlobal brendlərin yeni marketinq strategiyalarını bölüşür. Söhbət zamanı həmçinin Avropa restoranlarında süni intellektlə (AI) yazılmış musiqilərin tətbiqi, K-pop mədəniyyətinin dünya dəbinə təsiri və Yaponiyanın fərqli gündəlik qaydaları haqqında maraqlı faktlar açıqlanır.

    Aparıcılar: Cavid Neymətzadə, Rəhman Rəsulov
    Qonaq: Səma Abiyeva
    20 min
  • "Eko" etiketlər bizi aldadır? | Greenwashing və Yaşıl Yalanlar
    Layihənin əsas məqsədi elm, təhsil və innovasiyaları geniş ictimaiyyət üçün daha əlçatan, anlaşıqlı və maraqlı etməkdir. ABŞ-nin nüfuzlu Stanford Universitetinin Dayanıqlı Əməliyyatlar üzrə proqramının məzunu Aybəniz İsmayılovanın təqdimatında dinləyicilər ADA Universitetinin müəllim-professor heyəti, tədqiqatçıları və tələbələri ilə aparılan maraqlı müzakirələrdə gündəlik ekoloji vərdişlər üçün praktiki məsləhətlər, idarəetmədə yaşıl təşəbbüslər, dayanıqlıq proseslərinin həyatımızda təzahürü haqqında məlumatlar öyrənəcəklər.
    23 min