PLANET FM
Download on the App Store

All PLANET FM episodes

  • Xəzər Dənizi Niyə Quruyur? | Su Çatışmazlığı və Qlobal İstiləşmə | COP31 Nəticələri
    "İqlim Gündəliyi" verilişinin bu buraxılışında qlobal istiləşmənin və iqlim dəyişikliyinin Azərbaycana təsirlərini müzakirə edirik. Qonağımız Milli Aviasiya Akademiyasının dosenti və iqlimşünas alim Camal Hüseynovdur.

    Podkastda havanın temperaturunun artması, su çatışmazlığı, buzlaqların əriməsi və Xəzərdə su səviyyəsinin azalması kimi kritik mövzulara toxunulur. Həmçinin, Antalyada keçirilən COP31 tədbirinin nəticələri və Azərbaycanın "yaşıl enerji"yə keçid strategiyaları (Günəş və külək enerjisi) barədə elmi təhlillər təqdim edilir. Yel (Yale) Universitetinin xüsusi "İqlim Əlaqələri" buraxılışı da bu podkastda yer alır.
    44 min
  • Çindən Ucuz Mal Gətirmək | Tailandda Timsah Əti Yedik! | Asiya Səyahəti və Çin Bazarı
    Çindən necə ucuz mal gətirmək olar? Kreditsiz, sıfırdan biznesə başlamaq və təbii daşlar sənayesində irəliləmək mümkündürmü? Bu gün Naxçıvanda ingilis dili müəllimliyindən ayrılıb, Asiya bazarlarında uğurlu sahibkara çevrilən Türkan Qurbanova ilə həmsöhbət olduq.  Tailand (Phuket, Banqkok) səyahəti, qeyri-adi Asiya mətbəxi (timsah və qurbağa əti) və Çindəki robotlaşdırılmış sistemlər barədə ən maraqlı detalları müzakirə etdik. 

    Aparıcılar: Cavid Neymətzadə, Rəhman Rəsulov
    Qonaq: Türkan Qurbanova
    33 min
  • Təkbaşına Kruiz Turu və FOMO Qorxusu | 15 Günlük Kruiz Macərası | Viza və Xərclər
    Planeti VISA ilə kəşf etməyə davam edirik!

    Bu buraxılışımızda səyahət və kruiz üzrə mentor, "Dərviş" ləqəbli Gülər Alıyeva qonağımızdır. O, Xristofor Kolumbun tarixi marşrutu ilə İspaniyadan (Barselona) ABŞ-yə (Mayami) qədər uzanan 15 günlük Atlantik okeanı səyahətini bizimlə bölüşür. Kanar adalarında (Tenerife) Kolumbun qaldığı ev-muzey, gəmidə təkbaşına səyahətin verdiyi psixoloji üstünlüklər (FOMO və Rəqəmsal Detoks) və çoxdilli (ingilis, türk, rus) ünsiyyət təcrübəsini bu videoda kəşf edəcəksiniz. Gəmidə okeanı keçərkən tufan və fırtınalara necə tab gətirilir? Kruiz səyahəti üçün hansı vizalar (Şengen və ABŞ) lazımdır? Bütün sualların cavabı buradadır!

    Aparıcı: Rəhman Rəsulov 
    Qonaq: Gülər Alıyeva
    36 min
  • Nizami Gəncəvi Şərq və Qərb Ədəbiyyatını Necə Dəyişdi? (Fridrix Şiller, Höte və Mövlanə)
    "Nizami söhbətləri"nin bu buraxılışında qonağımız, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Xuraman Hümmətova dahi şairin həm Şərq, həm də Qərb ədəbiyyatına necə təsir etdiyindən bəhs edir. İohan Volfqanq Höte (Johann Wolfgang von Goethe) və Fridrix Şiller (Friedrich Schiller) Nizamidən necə bəhrələnib? Mövlanə Cəlaləddin Rumi ilə Nizaminin əlaqəsi nədir? "Sirlər Xəzinəsi" və "Xosrov və Şirin" əsərləri niyə türk divan şairləri üçün imtahan idi? "Yeddi Gözəl"də Bəhram Şahın mağarada qeyb olmasının arxasında hansı təsəvvüf fəlsəfəsi dayanır? Bu fəlsəfi və ədəbi söhbəti mütləq izləyin! Bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.

    Aparıcı: Nigar Məmmədova
    39 min
  • Braziliya və Argentina Səyahəti | Necə Uğurlu Bloqer Olmaq Olar? - Aygün Mastiyevadan tövsiyyələr
    Bu dəfə qonağımız həm əmlak mütəxəssisi, həm də səyahət bloqeri kimi tanıdığımız Aygün Mastiyevadır (Amasti). O, bizimlə Braziliya (Rio-de-Janeyro) və Argentina (Buenos-Ayres) səyahətində yaşadığı qorxulu və unudulmaz anları, favelalardakı oğurluq təhlükəsini və Amazon meşələrinin sirlərini bölüşür. Həmçinin, daşınmaz əmlak alarkən (investisiya və ya yaşamaq üçün) nələrə diqqət etməli olduğumuzu və günümüzdə uğurlu bir "influencer" (sosial media təsirçisi) olmağın yollarını izah edir. Müzakirələrimizdə musiqi karyerasından və yeni klipindən bəhs etməyi də unutmadıq.

    Aparıcı: Rəhman Rəsulov
    Qonaq: Aygün Mastiyevadır (Amasti)
    36 min
  • Smartfon Asılılığı və Rəqəmsal Yorğunluq Nədir? | Psixoloq-psixoterapevt Mirsadiq Muxtarov
    "Zaman Maşını"nın bu buraxılışında hər birimizin hər gün qarşılaşdığı ən böyük problemlərdən biri — rəqəmsal yorğunluq və sosial media asılılığından danışırıq! Qonağımız Xəzər Universitetinin psixoloq-psixoterapevti Mirsadiq Muxtarov, sosial medianın insan beyninə necə təsir etdiyini izah edir. İnternetdəki "feyk" xəbərlər (məsələn, Outlook-un çökməsi və ya yadplanetlilərin gəlişi şayiələri) bizi necə təşvişə salır? Niyə pis xəbərləri oxumaqdan (Doomscrolling) özümüzü saxlaya bilmirik? FOMO nədir, "sosial batareyamız" niyə tez bitir və ən əsası uşaqları və özümüzü smartfon asılılığından necə qorumalıyıq?

    Aparıcı: Nigar Məmmədova
    44 min
  • Smartfon Asılılığı və Rəqəmsal Yorğunluq Nədir? | Psixoloq-psixoterapevt Mirsadiq Muxtarov
    "Zaman Maşını"nın bu buraxılışında hər birimizin hər gün qarşılaşdığı ən böyük problemlərdən biri — rəqəmsal yorğunluq və sosial media asılılığından danışırıq! Qonağımız Xəzər Universitetinin psixoloq-psixoterapevti Mirsadiq Muxtarov, sosial medianın insan beyninə necə təsir etdiyini izah edir. İnternetdəki "feyk" xəbərlər (məsələn, Outlook-un çökməsi və ya yadplanetlilərin gəlişi şayiələri) bizi necə təşvişə salır? Niyə pis xəbərləri oxumaqdan (Doomscrolling) özümüzü saxlaya bilmirik? FOMO nədir, "sosial batareyamız" niyə tez bitir və ən əsası uşaqları və özümüzü smartfon asılılığından necə qorumalıyıq?

     Aparıcı: Nigar Məmmədova
    37 min
  • İsraildə Azərbaycanlıları Təəccübləndirən Nə Oldu? | Yerli "Danilov" Brendinin Uğuru
    Planeti VISA ilə kəşf etməyə davam edirik!
    Qonağımız, "Danilov" ayaqqabı brendinin sahibi İlyas Danilovla yerli ayaqqabı sənayesinin inkişafından və keyfiyyətli ayaqqabı seçiminin sirlərindən danışdıq. Daha sonra isə səyahət xatirələrinə keçid edərək, Özbəkistanın paytaxtı Daşkəndin son illərdə necə inanılmaz dərəcədə müasirləşdiyini, Səmərqəndin tarixi gözəlliklərini və orijinal özbək aşını müzakirə etdik. İsrailə etdiyi səfərdə Təl-Əvivin Nyu-Yorka bənzərliyi, Qüdsün (Yerusəlim) tarixi aurası, Ölü, Qırmızı və Aralıq dənizlərinin bir ölkədə necə birləşməsi haqqında maraqlı fikirlərini qaçırmayın!

    Aparıcı: Rəhman Rəsulov 
    Qonaq: İlyas Danilov
    37 min