PLANET FM
Download on the App Store

All PLANET FM episodes

  • Təkbaşına Səyahət Etməkdən Qorxanlar Üçün Bələdçi | Ucuz Avropa Səyahəti
    Avropada 280 kilometr yolu heç bir nəqliyyatdan istifadə etmədən, təkbaşına piyada qət etmək mümkündürmü? Bu buraxılışda azərbaycanlı səyahətçi Hüsniyyə Bakıxanova Portuqaliyanın Portu şəhərindən İspaniyanın Santyaqo-de-Kompostela şəhərinə qədər uzanan məşhur "Kamino de Santyaqo" (Camino de Santiago) zəvvar marşrutundakı inanılmaz macəralarını bölüşür. Meşələrdə təkbaşına keçən günlər, vəhşi heyvanlara açılan atəş səsləri, xüsusi səyahət pasportu, zədələrə rəğmən sınmayan iradə və minimal büdcə ilə Avropanı kəşf etməyin sirləri bu videoda! Həmçinin İtaliyanın gizli qalmış şəhərləri (Bari, Alberobello), Aralıq dənizində kruiz səyahətlərinin üstünlükləri və Wizz Air ilə ucuz bilet tapma üsulları ətraflı izah olunur.
    32 min
  • Qadın Deyir Ki: Maneələri Aşmaq Sənin Əlindədir!
    "Planet FM"də yayımlanan "Qadın Deyir Ki" verilişinin qonağı "Ironman" iştirakçısı və "Aparla Səhər Klubu"nun yaradıcısı Aynur Nəbiyeva oldu. Korporativ həyatdan idmana, böyük çətinliklərdən zəfərə uzanan bu hekayə hər kəsə öz gücünü xatırladır. Bəhanələrə yer yoxdur — hər şey ilk addımı atmaqla başlayır!
    37 min
  • 2060-cı il üçün Böyük Hədəf | Xalis Sıfır Emissiya: Azərbaycan Yaşıl Gələcəyə Hazırdırmı?
    Bu buraxılışda Azərbaycanın 2060-cı il xalis sıfır emissiya hədəfi, yaşıl enerji strategiyası və iqtisadiyyatı gözləyən böyük dəyişiklikləri müzakirə edirik. "İqlim gündəliyi" verilişinin qonağı, yaşıl layihələndirmə üzrə beynəlxalq ekspert Elmir Məmmədli SOCAR-ın dekarbonizasiya prosesini və yaşıl maliyyələşməni detallı şəkildə izah edir.

    Vətəndaşları və biznesləri (KOB-ları) nə gözləyir? Ölkədə banklar tərəfindən verilən "yaşıl kreditlər" necə işləyəcək? Niyə köhnə avtomobillərin utilizasiyası və elektrikli maşınlara gömrük güzəştləri bu qədər vacibdir? Həmçinin, videosa Çikaqo Qriffin Elm və Sənaye Muzeyinin iqlim böhranına qarşı həyata keçirdiyi maraqlı təşəbbüslərlə tanış olacaqsınız.
    50 min
  • Dairəvi İqtisadiyyat: Tullantısız Gələcəyə Doğru
    Layihənin əsas məqsədi elm, təhsil və innovasiyaları geniş ictimaiyyət üçün daha əlçatan, anlaşıqlı və maraqlı etməkdir. ABŞ-nin nüfuzlu Stanford Universitetinin Dayanıqlı Əməliyyatlar üzrə proqramının məzunu Aybəniz İsmayılovanın təqdimatında dinləyicilər ADA Universitetinin müəllim-professor heyəti, tədqiqatçıları və tələbələri ilə aparılan maraqlı müzakirələrdə gündəlik ekoloji vərdişlər üçün praktiki məsləhətlər, idarəetmədə yaşıl təşəbbüslər, dayanıqlıq proseslərinin həyatımızda təzahürü haqqında məlumatlar öyrənəcəklər.
    31 min
  • "Leyli və Məcnun" Bütün Dünyanı Necə Heyrətə Gətirdi? | Dahi Nizamidən Böyük Mesajlar
    Nizami Gəncəvi haqqında bilinməyən həqiqətlər, "Xəmsə"nin dərin fəlsəfəsi və dahi mütəfəkkirin dünya ədəbiyyatındakı izlərini öyrənmək istəyirsinizsə, bu video tam sizin üçündür! Bu buraxılışda Nizami Gəncəvi Vəqfi və "Sirius" Yayın Evinin təsisçisi Arzu xanım Təbrizli ilə dahi şairin həyatı, Hindistan Prezident Sarayındakı portretinin sirri, Eric Clapton-un "Layla" mahnısının hekayəsi və süni intellektin Nizami irsindəki rolu haqqında ətraflı həmsöhbət oluruq.

    Aparıcı: Nigar Məmmədova
    47 min
  • UCUZ AVROPA SƏYAHƏTİ! Şengen Vizası Necə Alınır və 300€ Cərimədən Necə Qorunmalı?
    Avropaya ucuz səyahət etmək, Şengen vizası almaq və xaricdə büdcəyə qənaət etməyin yollarını axtarırsınızsa, bu video tam sizin üçündür! Bu buraxılışda tanınmış marketoloq və səyahətçi Rumi Novruzov ilə Avropa ölkələri, İspaniya, İtaliya, Fransa və Portuqaliyaya necə sərfəli viza almaq və səyahət planlamaq haqqında ətraflı danışırıq. 

    Aparıcılar: Rəhman Rəsulov, Cavid Neymətzadə
    39 min
  • Azərbaycanda Dəyişən İqlimə Necə Uyğunlaşaq?
    Planet FM-in "İqlim Gündəliyi" verilişində Azərbaycanın iqlim dəyişikliyi, buna səbəb olan amillər, istixana qazı emissiyalarının azaldılması, ekoloji risklər və gələcək iqlim problemləri haqqında məlumatlılıq və uyğunlaşmaya hazırlıq müzakirə olunur. 

    Verilişin qonaqları neft və qaz sahəsinin geoekoloji problemləri üzrə mütəxəssis, iqlim dəyişmələrinin təsirinin yumşaldılması istiqamətində ekoloji layihələrin müəllifi və icraçısı Fəxrəddin Kərimov, həmçinin istixana qazlarının inventarlaşdırılması və azaldılması, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə ekspert-konsultant Məhərrəm Mehtiyevdir.
    47 min
  • Marsda Həyat Mümkündür? 🚀 Nüvə Enerjisi və Süni İntellekt Kosmosu Necə Dəyişəcək?
    Mars missiyalarında böyük enerji problemi necə həll olunacaq? Günəş panelləri Marsda niyə kifayət etmir və radioizotop termoelektrik generatorlar (MMRTG) bu problemi necə aradan qaldırır?

    Planet FM-də "Zaman Maşını" verilişinin qonağı Milli Aviasiya Akademiyasının V kurs tələbəsi, gənc tədqiqatçı Cəfər Sadıq ilə kosmik texnologiyalar, Mars roverləri, süni intellekt, nüvə enerjisi və gələcəyin kosmos tədqiqatları haqqında dərin və maraqlı bir söhbət etdik.

     Aparıcı: Nigar Məmmədova
    43 min
  • Şotlandiya Və Finlandiya Səyahəti 2026 | Ucuz Viza, Qütb İşıqları Və Qiymətlər
    Britaniya vizasını almaq niyə çətindir? Şotlandiyanın Edinburq küçələrində mistik Harri Potter abu-havasını necə yaşamaq olar? Finlandiyada qütb işıqlarını (Northern Lights) görmək üçün nə qədər büdcə lazımdır və Laplandiya turlarında hansı təhlükəsizlik qaydalarına riayət etməlisiniz?
    Bu buraxılışda bloqer Sevinc Əlizadə Böyük Britaniya, Şotlandiya, London və Laplandiya səfərlərindəki unudulmaz təcrübələrini, nəqliyyat xərclərini, hotel seçimindəki təhlükələri və viza sirlərini tam təfərrüatı ilə bölüşür.

     Aparıcı: Rəhman Rəsulov
    33 min