Asya Podcast

Asya Podcast

By Asya RustamliEducationSelf-Improvement
Download on the App Store

Asya Podcast episodes

  • #11: MÜŞTƏRİ HEKAYƏSİ: Gənc yaşda öz potensialını və həyat məqsədlərini kəşf etdi

    Bəzən insanın ən böyük problemi nə istədiyini bilməməsi deyil, öz potensialını görməsinə mane olan daxili qorxuları və məhdudlaşdırıcı inanclarıdır.

    Bu podkastda gənc yaşda özünü tanımaq, həyat məqsədlərini müəyyənləşdirmək və potensialını üzə çıxarmaq istiqamətində dəyişiklik yaşayan müştərimin hekayəsini dinləyəcəksiniz. ❤️

    ✨ Bəs siz öz potensialınızı tam şəkildə ortaya qoya bilsəydiniz, bu gün necə bir həyat yaşayardınız?

    RİFAH proqramında keçmişin emosional yükləri, limitləyici inanclar və daxili maneələrlə işləyərək arzuladığınız həyat istiqamətində yeni addımlar atmağı öyrənəcəksiniz.

    💎 RİFAH proqramına qoşulmaq üçün:

    https://rifah.asyarustamli.com/

    Öz potensialınızı kəşf etməyi sonraya saxlamayın.

    19 min
  • #10: Autizmli Oğlu ilə Depressiyadan - Öz Biznesimi Qurmağa

    Bir zamanlar bütün həyatını autizmli oğlunun qayğılarına həsr edən, öz arzularını və potensialını unudan bir ana…

    Bu gün isə autizmli uşaqların qidalanması üzrə ixtisaslaşaraq öz işini quran, həyatına yenidən məna və istiqamət qazandıran bir qadın! ❤️

    Bəs insan ən çətin həyat dövründən necə çıxıb özünə yeni həyat qura bilər?

    Bu podkastda danışdıq:

    ✨ Depressiyadan çıxmaq və özünü yenidən kəşf etmək

    ✨ Analıqla yanaşı öz arzularına da yer açmaq

    ✨ Təlimlər və daxili dəyişimin həyatına təsiri

    ✨ Öz potensialını peşəyə və gəlir mənbəyinə çevirmək

    ✨ Çətinliklərin içində yeni imkanları görmək

    Bəzən həyatımızı dəyişmək üçün əvvəlcə özümüzə başqa bir həyatı yaşamağa icazə verməliyik.

    Sən də həyatının yalnız məsuliyyətlərdən və mübarizədən ibarət olmasını istəmirsənsə, RİFAH proqramı ilə tanış ol. ❤️

    🔗 https://rifah.asyarustamli.com/

    30 min
  • #09: Sıfırdan İşini Qurdu və Ailə Münasibətlərini Düzəltdi

    Bir zamanlar sevmədiyi işdə çalışan, ailə münasibətlərində çətinliklər yaşayan və öz potensialını tam reallaşdıra bilməyən bir qadın…

    Bu gün isə öz qərarlarını verən, əvvəlki işindən ayrılaraq sıfırdan kouçinq biznesini quran və ailəsində daha sağlam münasibətlər yaradan bir qadın! ❤️

    Bəs bu dəyişiklik necə baş verdi?

    Bu podkastda danışdıq:

    ✨ İllərlə alışdığın işdən ayrılmaq cəsarəti

    ✨ Sıfırdan kouçinq biznesi qurmaq

    ✨ Daxili dəyişimin ailə münasibətlərinə təsiri

    ✨ Özünəinamı və peşəkar kimliyini formalaşdırmaq

    ✨ Başqalarının gözləntilərindən çıxıb öz istədiyin həyatı seçmək

    Bəzən həyatını dəyişmək üçün daha çox çalışmağa deyil, səni köhnə həyatında saxlayan daxili maneələri aşmağa ehtiyacın olur.

    Sən də yalnız mövcud həyatına uyğunlaşmaq deyil, həqiqətən arzuladığın həyatı qurmaq istəyirsənsə, RİFAH proqramı ilə tanış ol.

    29 min
  • #08: Müştəri Hekayəsi - Asılılıqdan azad oldum!

    Bir insan özünə olan inamını bərpa etdikdə həyatı nə qədər dəyişə bilər? ❤️

    Bu dəfə müştərimlə asılılıqdan azad olmaq, özünəinamı yenidən qazanmaq, iş həyatına başlamaq və illərlə istifadə olunmamış potensialını üzə çıxarmaq haqqında danışdıq.

    ✨ Asılılıqdan müstəqilliyə

    ✨ Özgüvənsizlikdən özünəinama

    ✨ Passivlikdən hərəkətə

    ✨ Özünü məhdudlaşdırmaqdan potensialını reallaşdırmağa

    Bəzən rifah sadəcə daha çox pul qazanmaq deyil. Rifah öz həyatının məsuliyyətini götürmək, özünə güvənmək və seçim edə bildiyin bir həyat qurmaqdır.

    Bu hekayə bir insanın şəxsi transformasiya təcrübəsidir. Hər kəsin dəyişmə prosesi və nəticələri fərqli ola bilər.

    💎 Siz də öz rifahınızı qurmaq istəyirsinizsə, RİFAH proqramına qoşulun:

    https://rifah.asyarustamli.com/

    Telegram kanalım: https://t.me/asyarustam

    #AsyaRustamli #Rifah #MüştəriHekayəsi #Özgüvən #Şəxsiİnkişaf #Transformasiya

    43 min
  • #07: Niyə Kiçik Pulların Arxasınca Qaçırıq, amma Böyük Sərvətdən Qorxuruq?

    Ah, dostlar… ❤️

    Heç düşünmüsünüzmü, niyə 100 manat qazanmaq üçün dərhal hərəkətə keçirik, amma 100.000 manatlıq imkanlar yaratmaq üçün eyni həvəsi göstərmirik?

    Niyə kiçik və sürətli qazanc bizə bu qədər cəlbedici gəlir, amma böyük sərvət yaratmaq fikri qeyri-müəyyənlik, qorxu və müqavimət yaradır?

    Bu podkastda danışırıq:

    ✨ Kiçik pulların verdiyi ani emosional həzzdən

    ✨ Beynimizin niyə sürətli mükafatı uzunmüddətli qazancdan üstün tutmasından

    ✨ Böyük sərvətin tələb etdiyi məsuliyyət və qeyri-müəyyənliyə dözümdən

    ✨ Gündəlik ehtiyacları qarşılamaqla sərvət yaratmaq arasındakı fərqdən

    ✨ Kiçik nəticələrə fokuslanmaqdan çıxıb böyük imkanları görməyə başlamaqdan

    Bəzən insanın qarşısındakı əsas maneə pul qazanmaq bacarığı deyil, daha böyük həyatı seçmək və onun məsuliyyətini daşımaq üçün emosional hazırlığıdır.

    💎 RİFAH proqramına qeydiyyat:

    https://rifah.asyarustamli.com/

    Telegram: https://t.me/asyarustam

    BU PODKASTI DİNLƏMƏK HƏR KƏS ÜÇÜN ÖNƏMLİDİR! ❤️

    #AsyaRustamli #Rifah #PulPsixologiyası #Sərvət #Bolluq #Şəxsiİnkişaf

    34 min
  • #06: Emosiyalarımız necə zənginliyimizə və rifahımıza mane olur?

    Həyatımızı seçimlərimiz, seçimlərimizi isə emosional fonumuz formalaşdırır. Uşaqlıqdan və keçmiş təcrübələrdən gələn emosional proqramlar bizə tanış olan insanları, işləri və imkanları seçməyimizə səbəb olur. Hətta qarşımızda daha yaxşı fürsət olsa belə, tanış olmadığı üçün onu görməyə və ya seçməyə bilərik. Emosional baqaj üzərində işlədikcə duyğularımız, bununla birlikdə seçimlərimiz də dəyişməyə başlayır. Beləcə insan qorxu və köhnə proqramlardan deyil, həqiqətən istədiyi həyatdan yola çıxaraq qərarlar verir. Rifah və zənginlik də çox vaxt daha çox fürsət tapmaqdan yox, qarşımızdakı fürsəti görə və seçə biləcək emosional vəziyyətə gəlməkdən başlayır.

    31 min
  • #05: Özünə zənginliyi icazə vermək niyə bu qədər çətindir?

    Özünə zənginliyi icazə vermək niyə bu qədər çətindir?

    “Əlimdəkilərə şükür etməliyəm.”

    “Bu qədərini istəmək ayıbdır.”

    “Onsuz da mənə bu da kifayətdir.”

    Bəs şükür etmək həqiqətən daha çoxunu istəməmək deməkdir?

    Bu bölümdə yanlış şükür hissinin zənginliyə necə mane ola bildiyindən və sağlam şükran hissindən fərqləndiyi 3 əsas nöqtədən danışıram.

    Həmçinin:

    • çevrəmizin pul və zənginliklə bağlı istəklərimizi necə kiçiltdiyindən;

    • niyə böyük arzularımızı səsləndirməkdən, hətta bəzən özümüzə etiraf etməkdən utandığımızdan;

    • “mənə bu da bəsdir” düşüncəsinin arxasında nələrin dayana bildiyindən;

    • və mənim özümə daha çoxunu istəməyə icazə verməyə başladığım şəxsi yolumdan danışıram.

    Bu bölüm daha çox pul qazanmaqdan əvvəl gələn bir mövzu haqqındadır: özünə daha böyük həyatı istəməyə icazə vermək.

    25 min
  • #04: Zəngin olmaq üçün təlimlərə qatılıram, amma olmur

    “Zəngin olmaq üçün təlimlərə qatılıram, amma yenə də zəngin olmuram.”

    Bəs problem həqiqətən təlimlərdədir?

    Bu bölümdə pul mövzusunda özünüinkişafa yanaşarkən etdiyimiz əsas səhvlərdən danışıram. Bir təlimə qatılıb qarşılığında dərhal daha çox pul gözləmək niyə uşaq mövqeyindən gələn yanaşma ola bilər? Özünə yatırım nə zaman həqiqətən yatırım sayılır? Və niyə daxili inkişafı “pul verdim → nəticə almalıyam” məntiqinə çevirmək bizi daha da məyus edə bilər?

    Özünə yatırım bir dəfə etdiyin alış deyil. Bu, illərlə davam edən öyrənmə, tətbiq etmə, məsuliyyət götürmə və qərarlarını dəyişmə prosesidir.

    Bu epizodda “məni kimsə zəngin etsin” gözləntisindən çıxıb, öz maddi həyatının məsuliyyətini götürməkdən və özünə edilən yatırımın uzunmüddətli perspektivindən danışıram.

    🎧 Əgər çox şey öyrəndiyini, amma maddi həyatında hələ istədiyin dəyişikliyi görmədiyini düşünürsənsə, bu bölüm sənin üçündür.

    21 min
  • #03: Transformativ bir podkast

    Bəzən irəli getmək üçün həyatımıza daha çox şey əlavə etməyə yox, bəzi şeyləri oradan çıxarmağa ehtiyacımız var.

    Bu bölümdə yeni bir mərhələyə keçərkən buraxmalı olduğumuz şeylərdən danışıram: artıq bizə uyğun olmayan münasibətlər, köhnə kimliklər, vərdişlər, özümüz haqqında illərdir daşıdığımız hekayələr, qorxular və “bəlkə bir gün dəyişər” deyə yapışdığımız insanlar və vəziyyətlər.

    Çünki hər şeyi özünlə götürərək yeni həyata keçmək olmur.

    Bəzən böyümək — əldə etməkdən əvvəl buraxmaqdır. Köhnəyə aid olanı geridə qoymaq və yaranan boşluğu dərhal doldurmağa çalışmadan yeni versiyana yer açmaqdır.

    🎧 Əgər həyatında yeni bir dövrün başladığını hiss edirsənsə, amma nəyinsə səni hələ də geriyə çəkdiyini düşünürsənsə, bu bölüm sənin üçündür.

    12 min
  • #02:Arzuladığım həyata çata bilmək üçün ödədiyim 10 bədəl

    Bəzən arzuladığımız həyatla aramızda pul, imkan və ya şans yox — illərdir içimizdə daşıdığımız köhnə proqramlar dayanır.

    Bu bölümdə həyatımın fərqli mərhələlərində özümdə görüb dəyişdirməli olduğum daxili proqramlardan danışıram: seçimlərimə, münasibətlərimə, pula, uğura və özümə baxışıma təsir edən düşüncə və davranış modellərindən.

    Hansı köhnə inanclar məni eyni döngülərdə saxlayırdı? Hansı reaksiyalarımı “xarakterimdir” deyə qəbul edirdim, amma əslində dəyişə bildim? Və ən əsası — xaricdə başqa həyat qurmaq üçün daxildə hansı versiyamla vidalaşmalı oldum?

    Bu, “bir gün hər şey dəyişdi” hekayəsi deyil. Özümü müşahidə etdiyim, bəzi seçimlərimi sorğuladığım və illər ərzində yeni davranışlar qurduğum bir prosesdir.

    🎧 Arzuladığın həyatı qurmağa çalışırsan, amma sanki hər dəfə görünməz bir şey səni köhnə yerinə qaytarırsa, bu bölüm sənə fərqli suallar verə bilər.

    31 min

About Asya Podcast

From the publisher's feed

Asya Podcast - özünü, seçimlərini və həyatını daha dərindən anlamaq rifahını yüksəltmək istəyənlər üçün yaradılmış bir məkandır.

Burada pul, münasibətlər, özünüdəyər, kimlik, daxili…