"Yol Əhvalatı"nda qonağımız Strasburqda təhsil alan, işləyən və fransalı ilə ailə həyatı quran Sitarə Quliyeva oldu. Fransanın dövlət liseyində işləyən həmyerlimiz Avropanın metro olmayan paytaxtından, Strasburqun məşhur yeməyindən, bir sözlə, Fransanın digər şəhərlərinə bənzəməyən bu tarixi ərazisindən danışdı.