"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovla birlikdə sürət həddinə riayət etməyin qəzaların azalmasında oynadığı rol, təhlükəsizlik kəmərinin həyati əhəmiyyəti, telefonla danışaraq avtomobil idarə etməyin yaratdığı risklər, sərxoş və yorğun halda sükan arxasına keçməyin ağır fəsadları, eləcə də yol nişanlarına əməl etməməyin təhlükələri barədə bəhs etdik.