Avto FM 107.7

Avto FM 107.7

Download on the App Store

Avto FM 107.7 episodes

  • Sağlam ailə münasibətlərinin təməlində nə dayanır? | Meqapolis
    "Meqapolis" verilişinin qonağı Qadın və Gənc Ailələrə Dəstək İctimai Birliyinin sədri Tünzalə Cavadova oldu. Efir zamanı qonaqla fəaliyyəti, gənc ailələrin üzləşdiyi maddi və mənəvi problemlər, ailədaxili zorakılığın fiziki və psixoloji formaları, münasibətlərdə etibar və qarşılıqlı anlayışın rolu, boşanmaların səbəbləri, sağlam ailə modelinin formalaşması və psixoloji dəstəyə müraciətin vacibliyi barədə danışdıq. Həmçinin zorakılıqla üzləşən qadınlara dəstək yollarını, ailələrin qorunması və ya ayrılması qərarını, eləcə də sağlam ailə qurmaq üçün evlilikdən əvvəl diqqət edilməli məqamları müzakirə etdik.
    23 min
  • Soyuq havalarda dərimizi necə qorumalıyıq? | Meqapolis
    "Meqapolis" verilişinin qonağı dermatoveneroloq Quba Rüstəmova oldu. Efirimizdə qonağımızla dəri sağlamlığının qorunması, dermatoloqa vaxtında müraciətin əhəmiyyəti, mövsümi dəri problemləri, yeniyetməlik dövründə yaranan sızanaqlar və stressin dəriyə təsiri barədə danışdıq. Həmçinin dəriyə zərər verən gündəlik vərdişlər, düzgün kosmetik vasitə seçimi, SPF-dən düzgün istifadə qaydaları, gündəlik dəriyə qulluq, təhlükəli xal və ləkələrin əlamətləri, eləcə də allergiya ilə dəri xəstəlikləri arasındakı fərqlərə toxunduq.
    27 min
  • Yuxulu sürücü – Yollarda görünməyən təhlükə
    "Qaydaları Pozma" verilişinin qonağı NİİM-in mətbuat katibi Ömər Xıdırov oldu. 

    Podkastda bu sualların cavabını tapacaqsınız: 
    Yol-nəqliyyat hadisələrinin təhlilində sürücünün yorğunluğu və yuxululuğu nə dərəcədə ciddi risk faktoru kimi qiymətləndirilir?
    Sürücülər yuxulu olduqlarını hiss etdikləri halda niyə hərəkəti davam etdirirlər?
    Günün hansı saatlarında sürücülərin yuxululuq səbəbindən qəza riski daha yüksək olur?
    27 min
  • Xankəndiyə ilk daxil olan kəşfiyyatçı: O gün nələr yaşandı? | Meqapolis
    "Meqapolis" verilişinin qonağı XTQ-nin ehtiyatda olan baş giziri, peşəkar kəşfiyyatçı Xankişiyev Şərafəddin oldu. 44 günlük Vətən müharibəsinin iştirakçısı olan qonağımızla müharibə günlərində yaşadığı unudulmaz anlar, qələbə xəbərini aldığı zaman keçirdiyi hisslər, ailəsinin onun cəbhədə olmasından xəbərdar olub-olmaması və kəşfiyyat xidmətinin xüsusiyyətləri barədə ətraflı söhbət etdik. Eyni zamanda, bu sahədə peşəkarlığın meyarları, müharibə zamanı qarşılaşdığı ən ağır döyüşlər, 2022-ci ilin sentyabr döyüşlərinin çətinlikləri, eləcə də əvvəlki hərbi əməliyyatlarla müqayisədə 2020-ci il əks-hücum əməliyyatının taktiki, hazırlıq və mənəvi-psixoloji baxımdan fərqləri haqqında danışdıq.
    32 min
  • Arxeoloji tapıntılar qədim insanların həyatından nəyi üzə çıxarır? | Meqapolis
    "Meqapolis" verilişinin qonağı antropoloq Ülkər Allaheverdiyeva oldu. Efirdə bioarxeoloq peşəsinin maraqlı tərəfləri, bu sahəni seçməsinə səbəb olan amillər, karyerası ərzində qarşılaşdığı sirli arxeoloji tapıntılar, qədim insanların skelet və dişləri vasitəsilə onların həyat hekayələrinin, xəstəliklərinin və sağlamlıq vəziyyətlərinin öyrənilməsi, qədim insanlarla müasir insanların fiziki dözümlülük və sağlamlıq baxımından fərqləri, qədim əhalinin qidalanma vərdişləri və sağlamlıq vəziyyəti haqqında danışdıq.
    27 min
  • Saxta mühərrik yağını necə aşkarlamaq olar? I "Qaydaları Pozma"
    "Qaydaları Pozma" verilişinin qonaqları "Hycron" yağlarının direktoru Yelmar Rəcəbzadə və elektrik Rauf Atakişiyev oldu. 
    Podkastda bu sualların cavabını tapacaqsınız: 
    Bazarda saxta mühərrik yağlarını orijinal məhsullardan ayırmaq nə dərəcədə mümkündür?
    Sonradan quraşdırılan əlavə işıqlar, siqnalizasiya və digər elektron avadanlıqlar avtomobilin elektrik sisteminə zərər verə bilərmi?
    Avtomobilə qulluq zamanı qənaət etmək istəyən sürücülər hansı məsələlərdə güzəştə getməməlidirlər?
    35 min
  • Skuterlər və digər kiçik nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar: Kim məsuliyyət daşıyır? I "Qaydaları Pozma"
    "Qaydaları Pozma" verilişinin qonağı NİİM-in mətbuat katibi Ömər Xıdırov oldu. 
    Podkastda bu sualların cavabını tapacaqsınız: 
    Bakıda skuter və digər kiçik nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların əsas səbəbləri hansılardır?
    Bu qəzaların yaranmasında daha çox sürücülərin, yoxsa skuter istifadəçilərinin məsuliyyətsizliyi rol oynayır?
    Skuter sürücüləri yollarda hansı əsas təhlükəsizlik qaydalarını pozurlar?
    30 min

About Avto FM 107.7

From the publisher's feed

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !