
Sign up to save your podcasts
Or


Boticelli bölümlərinin son hissəsində Florensiyaya səyahət edir, Medicilərin məşhur məhəbbət hekayəsi və rəssamın ilham pərisinə nəzər yetiririk.
Ötən bölümün bu hissəsində Botticellinin mifologiya motivlərindəki ən məşhur əsərlərindən biri - La Primavera haqqında danışırıq.
Erkən intibah dövrünün önə çıxan rəssamı, karyerasının zirvəsinə ölümündən 5 əsr sonra çatan Sandro Botticelli. Bölümün ilk hissəsində sənətkarın ailəsinə, cəmiyyətdə tanınmasına vəsilə olan əlaqələrinə və ilk işlərinə nəzər yetiririk.
Heykəltəraş, rəssam, memar, dramaturq, xoreoqraf, səhnə dizayneri, rejissor - hər sənətin adamı Bernini. Bir çoxlarının adını Dan Brown-un "Mələklər və Şeytanlar" romanından eşitdiyi Bernini. Vatikanı tamamlayan, Romaya görkəmini qazandıran bu insanın ən məşhur və kölgədə qalan əsərlərinə nəzər yetirək
1 Noyabrda Sistine Chapelinin freskolarının insanların ziyarətinə açılmasının üzərindən 512 il ötür. Michelangelonun 4 ilini sərf etdiyi bu əsəri h'r il 5 milyondan çox insan ziyarət edir. Bu bölümdə Michelangelo və Sistine Chapel proyektini ona həvalə edən Roma Papası II Juliusun hekayəsinə nəzər yetiririk.
Michelangelo hekayəsinə heykəltəraşın ən məşhur əsəri ilə davam edirik. David - bir mərmərdən yaradıla biləcək ən mükəmməl heykəllərdən biri. Mükəmməl ya mükəmmələ ən yaxın?
"David", "Pieta", "The Last Judgement" kimi incəsənət əsərlərinin yaradıcısı Michelangelo kimdir? Podcastın ilk bölümündə heykəltəraş/rəssam/şairin həyatına qısaca nəzər yetirəcəyik.
From the publisher's feed
İncəsənət, tarix, fəlsəfə, musiqi - bir sözlə, dəliliklə dahilik arasında gedib-gələnlər sizə maraqlıdırsa (və ya bu ikisindən birisinizsə) doğru yerdəsiniz!