"Sənətin səsi" verilişində aktyor, Azərbaycan Dövlət Kukla Teatrının artisti, Fəxri mədəniyyət işçisi Rəhim Rəhimov ilə teatrdakı fəaliyyətindən, yaratdığı obrazlardan və xarici ölkələrdəki çıxışlarından bəhs etdik. O, studiyamıza gətirdiyi oyuncaqlarla kiçik səhnəcik də göstərdi.