
Sign up to save your podcasts
Or


4-qat NBA çempionu və 2-qat Olimpiada qalibi, multimilyonçu Lebron James doğma Akron şəhərində həm məktəb açıp maliyyələşdirir, həm də yerli universitenin 2300 tələbəsinə təqaüd də verir. Əhsən!
Rupert Mördok – bu insanı ya dəlicəsinə sevirlər, ya da, ona bir o qədər də nifrət edirlər. Milyarder, 4 dəfə evlənib, 6 övladı var.
Amma bu amillər deyil, onun pulları İngiltərə futbolu dibindən dəyişməyə məcbur edib ki, 1992-ci ildə Premyer Lira yaradılıb.
ABŞ-ın Massaçusets ştatındakı Sprinqfild kollecinin (YMCA) müəllimi Ceyms Neysmit tələbələr bədən tərbiyyəsi dərslərində darıxmasın deyə, bu möhtəşəm oyunu Dünyaya bəxş etdi. Bu sadəcə idman deyil. Bu, izləməyə ən çox sevdiyim göstəridir, sözün əsl mənasında (ifrat edilən deyil) şoudur!
İngiltərə Premyer-liqasının Liverpool-Tottenham matçında Mavrikidə turizmə dəvət edən reklamda internet səhifəsinə göndərən keçid səhvən "i"siz yazılıb. MauritiusNow.com əvəzinə MauritusNow.com qeyd edilib. Bu 3-illik reklama isə Mavriki Turizm nazirliyi 7 milyon funt sterlinq xərcləyib.
Sən demə, sokker (soccer) heç də amerikalılar tərəfindən icad edilməyib. Alışdığımız futbolun bu adını elə ingiltərə özü bəxş edib.
AC Milan, demək olar ki, bütün transfer etdiyi futbolçular İtaliya xaricindən gətirilir. Səbəb - qənaət etmək məqsədilə. Keçən mövsüm bu yanaşma 3 milyon avro, bu mövsüm isə 8 milyon avro qənaət edəcək.
Çempionlar Liqası — ağlasığmaz dərəcədə uğurlu turnirdir. 10-saniyəlik reklam vaxtını almaq üçün məşhur şirkətlər növbəyə düzülür. Futbol klublarının maliyyə uğurları isə birbaşa Avrokuboklarla bağlıdır. Bəzi faktları və turnirin maliyyə tarixçəsini İDMANomikada danışıram. #doktorZiya #doctorZiya
Katlin Krüqer — BAYERN-dəki problemləri həll edən xanımdır. Futbolçular istənilən zaman istənilən sualla ona müraciət edirlər.
Futbolçunun müqaviləsi, adətən, darıxdırıcı rəqəmlərdən ibarətdir. Lakin, bəzən diqqəti cəlb edən bəndləri də üzə çıxır.
Məlumatları isə tapanlar — "Football Leaks" adlı qrupunun xakerləridir.
Yurgen Klopp Liverpul şəhərinin sakinləri və adətlərilə tanışlığı çay işməklə müşaiət edirdi.
Jamie Vardy oyun fasilələrində çay içir.
Və çayla bağlı futbolun digər bağlılıqları.
From the publisher's feed