Bəzi insanlar düşünür ki, insanın cinsi onun bacarıq və maraqlarını öyrənmək üçün uyğun üsuldur. Yəni məsələn, qarşınızdakı insanın qadın olmağı, sizcə, sizə imkan verirmi ki onun yaxşı yemək bişirdiyini düşünəsiniz? Və ya gördüyünüz hər hansı bir kişi haqqında “yüz faiz təmir işlərini bilir” deyə bilərsiniz? Məncə bu həmişə mümkün deyil. Kiminsə cinsini bilmək, hə, bəlkə də, onun bioloji varlıq kimi mövcudluğunu bizə başa sala bilər, amma bu, onların maraqları barədə dərin informasiya vermir.