Life FM

Life FM

By LifeStreamFMBusinessCareers
Download on the App Store

Life FM episodes

  • Mən kütlə üçün musiqi yaratmıram | Bu, mənim janrım deyil | Aisel | LifeFM #17

    Bəzən bir mahnı, bir səs və ya bir melodiya sözlərin ifadə edə bilmədiyi duyğuları çatdırır. Musiqi isə insanları birləşdirən, xatirələri yaşadan və hisslərə toxunan ən güclü vasitələrdən biridir. 

    Növbəti buraxılışımızda qonağımız ifaçı Aisell- dir. 

    Bu dəfə musiqinin, yaradıcılığın və sənətə gedən yolun izinə düşürük. Aisell ilə onun musiqi dünyasına, yaradıcılıq yoluna, ilham mənbələrinə və səhnə arxasında yaşanan məqamlara daha yaxından nəzər salırıq.

    Sənətçinin həyatında musiqinin yeri, yaradıcılıq prosesinin gətirdiyi duyğular, səhnənin görünən və görünməyən tərəfləri, eləcə də musiqinin insanlarla qurduğu xüsusi bağ haqqında səmimi söhbət edirik. Hər ifanın arxasında dayanan hisslər, hər melodiyanın özünəməxsus hekayəsi və sənət yolunda toplanan təcrübələr bu söhbətin əsas mövzularındandır. 🎼

    Bəzən musiqi sadəcə dinlədiyimiz bir melodiya deyil, özümüzü tapdığımız, xatirələrimizə qayıtdığımız və duyğularımızı yenidən kəşf etdiyimiz bir dünyadır. Bu dünyaya Aisell ilə birlikdə səyahət etməyə hazır olun!

    Life FM, PAŞA Həyatın təqdimatında.



    Sometimes, a song, a voice, or a melody can express emotions that words cannot. Music is one of the most powerful ways to bring people together, preserve memories, and touch hearts. 

    In our next episode, we welcome Aisell, a talented singer and performer. 

    This time, we explore the world of music, creativity, and the journey behind the art. Together with Aisell, we take a closer look at her musical journey, sources of inspiration, creative process, and the stories behind the stage.

    We talk about the role of music in her life, the emotions that shape her creative process, the realities behind performing on stage, and the special connection between artists and their audiences. From the feelings behind every performance to the stories carried by each melody, this conversation offers a glimpse into the experiences that shape an artist’s path. 🎼

    Sometimes, music is more than just a melody we listen to. It is a world where we find ourselves, revisit our memories, and rediscover our emotions. Join us as we explore this world together with Aisell!


    Life FM, Powered by PASHA Life.
    Instagram: @lifestream.fm

    TikTok: @lifestream_fm

    Spotify: @lifestreamfm

    #Aisel #LifeFM #Eurovision #Azerbaijan #Podcast #AzərbaycanMusiqisi #LifeFM

    41 min
  • Bu Dəfə Qonaq Yoxdur I Life FM Komandası I Podcast Day I Life FM #16

    Life FM — Podcast Gününə xüsusi buraxılış
    Sadiq Yusifi- Aparıcı, Hangame intellektual layihəsinin həmtəsisçisi 
    Orxan Cabbarov-Rejissor
    Nigar Mirzəyeva - Korporativ kommunikasiya şöbəsinin müdiri
    Brilyant Xəlilova - Korporativ kommunikasiya şöbəsinin mütəxəssisi
    Aytac Hacıəliyeva - Korporativ kommunikasiya şöbəsinin kiçik mütəxəssisi


     30 sentyabr — Podcast Günüdür!

    Bu dəfə Life FM-də mikrofonun qarşısında ənənəvi qonağımız yoxdur.

    Çünki bu buraxılışda söhbətin mövzusu elə Life FM-in özüdür.

    Bir podcast necə yaranır?
    Qonaqlar necə seçilir?
    Kameranın arxasında nələr baş verir?
    Bir buraxılışın ərsəyə gəlməsi üçün neçə insanın əməyi var?

    Bu dəfə Life FM-in təşkilatçısı, aparıcısı və production rəhbəri mikrofonun o biri tərəfinə keçərək podcastın görünməyən tərəflərindən, çəkiliş prosesindən, maraqlı backstage anlarından və bu layihənin necə ərsəyə gəlməsindən danışırlar.

    🎙️ Mikrofonun qarşısından yox, arxasından baxış.

    Life FM, PAŞA Həyatın təqdimatında.


    🇬🇧🎙️ September 30 is Podcast Day!

    This time, Life FM has no traditional guest.

    Because in this special episode, the story is Life FM itself.

    How is a podcast created?
    How are guests selected?
    What happens behind the cameras?
    And how many people are involved in bringing one episode to life?

    For this special episode, the organizer, host, and production lead of Life FM step in front of the microphone to share the unseen side of the podcast, the production process, memorable backstage moments, and the story behind the project.

    🎙️ A look at Life FM not from behind the microphone, but from behind the scenes.

    Life FM, Powered by PASHA Life.

    44 min
  • “16 yaşında Amerika” | Stereotipləri qırmaq | Minay Məsimova | LifeFM #15

    Life FM 15 | Minay Məsimova

    Bu buraxılışın qonağı Minay Məsimovadır.

    68 ölkəyə səyahət edən, fərqli coğrafiyaları, mədəniyyətləri və insanları tanıyan Minay Məsimova üçün səyahət sadəcə yeni yerlər görmək deyil, dünyanı anlamağın və öz sərhədlərini aşmağın bir yoludur.

    1996-cı ildə, cəmi 16 yaşında, stereotipləri geridə qoyaraq təhsil almaq üçün Amerikaya yollanır. Gənc yaşda verdiyi bu qərar onun həyatının ən böyük dönüş nöqtələrindən birinə çevrilir.

    Bu söhbətdə Minay Məsimova 68 ölkəyə uzanan səyahət yolundan, müxtəlif ölkələrdə yaşadığı maraqlı macəralardan və başına gələn gözlənilməz hadisələrdən danışır. Fərqli mədəniyyətlər, insanlarla qarşılaşmalar və səyahətlər zamanı qazandığı həyat təcrübələri söhbətin əsas mövzularından birinə çevrilir.

    O, eyni zamanda Green Card-dan imtina etmək qərarından, Amerikada keçirdiyi illərdən və həyatında verdiyi mühüm seçimlərdən bəhs edir.

    Söhbətin digər istiqamətində isə enerji və insan bədəni mövzusu yer alır. Minay Məsimova enerji seanslarından, enerjinin insan bədəninə təsirindən və bu sahədəki şəxsi təcrübələrindən danışır.



    1 hr 15 min
  • “Bu gün musiqinin hörməti yoxdur” | Sənət dostluğu | Dəyişən dəyərlər | Eldar Mansurov | LifeStream FM #14

    LifeStream FM #14, Eldar Mansurov 


    Podcastın bugünkü qonağı Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar və musiqişünas Eldar Mansurovdur.

    Yaradıcılığında mahnıdan simfonik musiqiyə, muğamdan rok-operaya qədər müxtəlif janrları bir araya gətirib.

    Eldar Mansurov haqqında əvvəlcə onu demək lazımdır ki, o, sənətə gəlməyib, elə sənətin içində doğulub...

    O, musiqinin içində böyüyən, amma öz səsini axtarmaq üçün həmin musiqinin sərhədlərindən kənara çıxan sənətkardır.

    Bu söhbətdə Eldar Mansurov həyat yolunun müxtəlif dayanacaqlarına qayıdır — musiqiyə ilk marağından, gəncliyindən, rok illərindən, bəstəkarlığa gəlişindən, yazdığı mahnılardan və illər keçdikcə yenidən muğama, milli musiqiyə üz tutmasından danışır. Bir sənətkarın illər boyu dəyişən dünyasını, amma dəyişməyən sevgisini — musiqiyə olan sevgisini dinləyirik.

    Eldar Mansurov qeyd edir ki, bəstəkar olmaq bir çox insanın bəxtinə düşür, amma mahnı yazmaq İlahi tərəfindən ona verilən başqa bir hədiyyədir.

    Söhbət zamanı o, gənc istedadlara, onların musiqiyə yeni ruh verməsinə, “bayağı müğənni” damğasına, musiqinin janrlarına və çalarlarına xüsusi vurğu edir. Hər kəsin düşündüyünün əksinə, “bayağı müğənni” ifadəsini tamamilə yanlış hesab edir. Bunun niyə belə olduğunu isə sənət yolunda qazandığı təcrübələrlə açıqlayır.

    Kino və teatr üçün musiqi bəstələyən Mansurov oradakı qaydaları necə dəyişməsindən də söhbət açır. Eyni zamanda, keçmişdə çox gözəl mahnıları yanlış ifaçılara verdiyi üçün təəssüf hissi keçirdiyini də etiraf edir.

    Atasından və babalarından gələn irsi qoruyaraq onu öz dili ilə danışdıran Mansurov musiqinin bugünkü vəziyyəti və gələcəyi ilə bağlı narahatlığını da bölüşür.

    54 min
  • Yeni sistemin qurulması və idarə olunması | Korporativ idarəetmə | Fərid Məmmədov | LifeStream FM #13

    Bu dəfəki verilişimizin qonağı PAŞA Financial Holding-in Baş İcraçı Direktoru Fərid Məmmədovdur. O, bu söhbətdə ilk növbədə rəhbər kimi deyil, valideyn, oğul və həyat yoldaşı kimi özünü təqdim edir. Həyatda karyera, hobbilər, şəxsi maraqlar və zövqlər arasında tarazlığın necə qurulduğunu və bunların bir-birinə necə təsir etdiyini səmimi şəkildə bölüşür.

    Söhbət zamanı Fərid Məmmədov liderlik yolunda qazandığı təcrübələrdən, öyrəndiyi dərslərdən və çıxardığı nəticələrdən danışır. Karyera qurmaq üçün hansı keyfiyyətlərin vacib olduğunu izah edir, yolun başlanğıcında olan gənclərə necə dəstək göstərilməli olduğu barədə fikirlərini bölüşür.

    O, həmçinin PAŞA Financial Holding-in yaranma məqsədindən, keçdiyi dəyişiklik prosesindən və bu yolun asan olmadığından bəhs edir. İnkişafın davamlı olması üçün yeni kadrların yetişdirilməsinin vacibliyini vurğulayır.

    Şəxsi təcrübəsinə əsaslanaraq yeni sistemi necə qurmaq, komandanı həmin sistemin ətrafında birləşdirmək və onu uğurla idarə etmək barədə fərqli yanaşmalarını tamaşaçılarla paylaşır.

    Podcastın sonunda isə süni intellektin (AI) həm şirkətlərin fəaliyyətində, həm də insanların gündəlik həyatında oynadığı roldan danışır və bu texnologiyanın gələcəyə təsiri ilə bağlı fikirlərini bölüşür.

    37 min
  • Cəmiyyətdəki yerimdən istifadə etdim” | İnsan olmağın dəyəri | Vahid Əziz LifeStream FM #12

    Verilişimizin qonağı xalq şairleri, tərcüməçi Vahid яzizdir.                                                 

    Şeirə, söz sənətinə həvəsinin necə yarandan, onu ilhamlandıranın nə olmasından söhbətə oyuncu Vahid Əziz, bu yolda davam edərkən nələrlə qarşılaştığından, sözün ona hansı qapıları aradığının ətraflı danışır. Eyni zamanda 27 il şerə, söz ara verməsindən ve bunun səbəblərindən bəhs edərkən əsə ittirmədiyini, peşman değildi vurğualayır.                                                 
     Vahid уziz əsasən insan ləyaqətindən danışır.                                                 
     Qalanları qiymətləndirib, gedənlər üçün kədərlənməməyi dönə dönə vurğulayır                                                
     Vahid яziz deyir, "İnsanın ruhu azaddırsa onu heç kim və heçnə boyunduruq üzerinden sala bilməz".

    32 min
  • “Qıcıqlanan adamın özündə problem var” | “Dinləyicilərimiz də bizim ağlımızdadır” | MANPASI

    LİFESTREAM FM #11  MANPASI
    LifeStream-in bugünkü qonaqları adlarını adətən birlikdə eşitməyə alışdığımız DJ Fateh və Rəvan Bağırovdur. Onlarla söhbətimiz “Manpası”nın yaranma tarixindən, tanışlıqlarının necə başladığından və bu layihənin indiyədək davam edən 15 illik yolundan bəhs etməklə başladı.
    DJ Fateh və Rəvan Bağırov yenidən başlamaqdan, əvvəlki “Manpası” ilə indiki “Manpası” arasındakı fərqlərdən, xaricdə yaşayan azərbaycanlılara çatmaq üçün görülən işlərdən, onlarla əlaqənin vacibliyindən, “Manpası” verilişinin əsas tərkib hissələrinin nələrdən ibarət olduğundan səmimi şəkildə danışırlar.
    Verilişdə dinləyicilərlə aralarında yaranan münasibətlərdən, baş verən maraqlı hadisələrdən və formalaşan icmadan bəhs edərkən, bu səmimiyyəti itirməkdən qorxduqlarını da etiraf edirlər.
    Onlar həyat sığortasının niyə vacib olduğunu, hətta bir fəlsəfə kimi insan həyatının istiqamətini dəyişməkdə necə rol oynadığını maraqlı nümunələrlə izah edirlər.

    43 min
  • “Pəhriz sözünə qarşıyam”| Qafqazda ilk ürək trasnplantasiyası | Xalq təbabəti və elm | Yasmin Rüstəmova

    Verilişimizin bugünkü qonağı -  tibb elmləri doktoru, dosent, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, kardiologiya sahəsində mühüm elmi işlərin müəllifi Yasmin Rüstəmovadır.

    Ürək damar xəstəliklərinin dünyada, eləcə də Azərbaycanda ön sıralarda olduğunu vurğulayan Yasmin Rüstəmova sədri olduğu  Azərbaycan Kardiologiya Cəmiyyətinin fəaliyyətini, istiqamətini, təşəbbüslərini və gördüyü işlərin vacibliyini  bizimlə bölüşür.

    Öz enerjisinin mənbəyini, uzun və keyfiyyətli yaşamağın sadə amma vacib olan yollarını, ürək və damar probleminə həyat tərzimizin təsirini, çox açıq formada izah edir.
    İrsi faktorlardan, qəfləti baş verən ölmün başlıca səbəblərindən, ailə həkimi və terapevtlə görüşlərin vacibliyindən bəhs etməklə yanaşı, yüksək intensivli yük altında olan insanların  xüsusilə kordioloq yoxlanışından keçməsinin vacibliyini dönə-dönə qeyd edir.
    İnsanlarımızın xəstəliklərə qarşı həddən artıq  pozitiv yanaşdığını düşünən  Yasmin Rüstəmova,  cəmiyyətimizi daha realist düşünməyə və davranmağa çağırır.

    27 min
  • ”Leadership DNA” prinsipləri | Düşünməyin strategiyası | Cəlal Qasımov CEO l LifeStream FM#9

    Yeni bölümün qonağı — PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımovdur.

     Bu verlişdə onunla birgə sistem, miqyas, komanda, liderlik kimi çox vacib olan mövzularla yaxından tanış olacağıq.
    Düşünməyin strategiyasından, dövrlərə görə necə dəyişməsindən və inkişafa təsirindən , insanlararası müzakirənin vacibliyindən, fikirlərin inkişafına və yeni forma almasına təsirindən çox maraqla danışan Cəlal Qasımov  uşaqlığı barədə də, müqayisələr və təzadlar barədə söhbət açır.
     Leadership DNA anlayışını,  kollektiv ola bilməyin vacibliyini , CEO fərqləri və səlahiyyət paylaşımı mövzularını  ətraflı formada izah edir.

    Liderlik sadəcə qərar vermək deyil — bu, dəyərlərlə istiqamət göstərmək, insanları ilhamlandırmaq və dəyişən dünyada aydınlıq yaratmaqdır.

    Bu bölümdə Cəlal Qasımov strateji baxış, liderliyin mahiyyəti və sürətlə transformasiya olunan qlobal mühitdə düzgün qərarvermə yanaşmaları barədə fikirlərini bölüşür. PAŞA Holding-in Liderlik DNT-sinin müəllifi kimi o, təşkilatlarda liderliyin necə formalaşdığını və dəyərlərə əsaslanan yanaşmanın niyə bu qədər vacib olduğunu xüsusi vurğulayır.

    Mentorluğu liderliyin ayrılmaz hissəsi hesab edən və real təsir yaratmağa fokuslanan bir lider kimi, o, transformasiya dövründə təşkilatların davamlı inkişafı və liderlərin rolu ilə bağlı öz perspektivini təqdim edir.

    Aparıcı: Coşqun Kərimov — yazıçı, mentor, orator

    Daha ətraflı məlumat üçün profilimizdəki linkə keçid edə bilərsiniz 🔗

     The guest of the new episode is Jalal Gasimov, CEO of PASHA Holding.

    Leadership is not just about making decisions — it is about setting direction through values, inspiring people, and creating clarity in a constantly changing world.

    In this episode, Jalal Gasimov shares his perspectives on strategic thinking, the essence of leadership, and decision-making in a rapidly transforming global environment. As the author of PASHA Holding’s Leadership DNA, he highlights how leadership is shaped within organizations and why a values-driven approach is essential.

    As a leader who places strong emphasis on mentorship and meaningful impact, he offers his view on the role of leaders and sustainable organizational development in times of transformation.

    Host: Joshgun Karimov — writer, mentor, speaker

    For more details, follow the link in our bio 🔗
    Instagram: @lifestream.fm
    https://www.instagram.com/reel/DQJ9KpeiIxh/?igsh=MWVuZXRpdmM3OG5lag==

    TikTok: @lifestream_fm
    https://www.tiktok.com/@lifestream_fm?_t=ZS-90LkxTvfJou&_r=1

    Spotify: @lifestreamfm
    https://open.spotify.com/show/3KCG5SCBfr9tMH0z9CiDXa?si=ee30a813f1e847b7

    #LifeStreamFM #PASHAHəyat #PASHALifeStream #PASHALife #Education #Azerbaijan #Talks #yusifeyvazov

    32 min
  • Cəmiyyətin müğənni peşəsinə yanaşması l Ölkələrarası tamaşaçı fərqi l Yusif Eyvazov LifeStreamFM#8

    Lifestream.fm podkastının yeni buraxılışının qonağı Yusif Eyvazovdur — dünya şöhrətli opera tenoru, Azərbaycan Respublikasının Xalq artisti və hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru. O, La Scala, Metropolitan Opera və Vienna State Opera kimi dünyanın ən nüfuzlu opera səhnələrində çıxış etmişdir.

    Yusif Eyvazov ailədə musiqi sahəsini seçən ilk insan kimi qarşılaşdığı sualları, çaşqınlığı və cəmiyyətdə müğənni peşəsinə birmənalı yanaşma qarşısında göstərdiyi münasibəti, həmçinin bu inancları qırmaq üçün keçdiyi yolu bizimlə bölüşür.

    Musiqi sevgisinin onu necə fərqli mədəniyyətlərə apardığından, bir işdə usta olmağın vacib nüanslarından, opera teatrlarının özlərinə məxsus tərzindən, sistem və insan faktorundan, tamaşaçı yanaşmasından, canlandırdığı personajlarla qurduğu bağdan, müasir və klassik operanın fərqlərindən danışaraq bizim üçün çox fərqli və maraqlı bir qapı aralayır.


    Instagram: @lifestream.fm
    https://www.instagram.com/reel/DQJ9KpeiIxh/?igsh=MWVuZXRpdmM3OG5lag==

    TikTok: @lifestream_fm
    https://www.tiktok.com/@lifestream_fm?_t=ZS-90LkxTvfJou&_r=1

    Youtube: @LifeStreamFM
    https://open.spotify.com/show/3KCG5SCBfr9tMH0z9CiDXa?si=ee30a813f1e847b7

    #LifeStreamFM #PASHAHəyat #PASHALifeStream #PASHALife #Education #Azerbaijan #Talks #yusifeyvazov

    20 min

About Life FM

From the publisher's feed

LifeStream FM — PAŞA Hayat'ın rəsmi podcast kanalıdır.                                       …