Maraqlı Söhbətlər Podkastı

Maraqlı Söhbətlər Podkastı

By AhmadiyyaSociety & Culture
Download on the App Store

Maraqlı Söhbətlər Podkastı episodes

  • Həyatda kim daha uğurlu olur Yaxşı insan yoxsa Hamını istifadə edən insan?

    Bu sual uzun müddətdir ki ağlımda var idi. Görürdüm ki yaxşı insanlardan çox vaxt istifadə edirlər. Onlardan nəisə istəyirlər, bəzi şeyləri onlar istəmədən boyunlarına qoyurlar. Sonda da pis dediyimiz insan qabağa gedir, yaxşı insan isə get gedə çökür. Bu yaxşı insan da ona baxıb düşünür ki gərək yaxşılıq etməzdim, sonra da ümumiləşdirir. Deyir ki, bütün insanlar eynidi. Heç kim yaxşılıq başa düşmür, və beləliklə özü də çevirilir pis, başqa insanlardan istifadə edən insana çünki düşünür ki pis insanlar daha çox və daha tez uğur qazanır. Sual odur ki bu həqiqətəndə mi belədir?


    Rəy və xoş sözlərinizi aşağıdaki email ünvanına yaza bilərsiniz:

    12 min
  • Uğur və Bəxt. Hamı bərabər deyil.

    Uğur qazanan insanlar niyə çox nadir hallarda bunu bəxtlə əlaqələndirirlər? Uğursuz olanlar isə əksinə, birmənalı olaraq bəxtinin gətirmədiyini deyir. Bu fenomeni real faktlarla araşdırdıq.

    8 min
  • Vendal Djonsonun dəhşətli eksperimenti.

    Bir əsrdən çoxdur ki insanın şəxsiyyəti alimlərin diqqətini cəlb edir. İnsanın psixikası və onun şəxsiyyəti haqqında dəqiq məlumatlar əldə etmək üçün çoxlu sayda tədqiqat metodları istifadə olunur. Bu metodlar arasında ən məşhuru psixoloji eksperimentdir.

    İnsan tarixində çoxlu sayda maraqlı və kifayət gədər şoka salan sosial psixoloji eksperimentlər keçirilib. Bu podkastda Vendal Djonsonun dəhşətli eksperimentindən sizə danışacam.

    8 min
  • Arqumentasiyanın 8 "cığalçı" texnikaları.

    Heç sizdə belə olub ki söhbətdə düzsüz amma necəsə həmişə elə olur ki söhbətin sonunda səhf çıxırsız? Və yaxud bir dənə tanışınız var, nə söhbət olur olsun söhbətin sonunda o həmişə düz çıxır siz isə səhf. Belə insanlar, bəziləri bilə-bilə, bəziləri isə instinktiv olaraq Arqumentasiyanın cığalçı texnikalarını effektiv istifadə etdiklərinə görə çox vaxt özlərini düz çıxarda bilirlər.

    Belə insanların qurbanı olmamaq üçün bugün Arqumentasiyanın 8 cığalçı texnikası haqqında podkast hazırladıq.

    Rəy yazmaq üçün aşağıdaki linkə daxil ola bilərsiniz :)

    https://apple.co/31OcRM1

    15 min

About Maraqlı Söhbətlər Podkastı

From the publisher's feed

Bir neçə gənc axtardıq öz doğma dilimizdə faydalı podkast kanalı tapmadıqdan sonra qərara gəldik ki belə bir kanal yaradaq. Məqsədimiz bu kanalda gündəlik həyatda lazım ola biləcək faydalı biliklər,…