
Sign up to save your podcasts
Or


Bu buraxılışımızda xüsusi qonağımız, Naxçıvan Ali Məclisinin VII çağırış deputatı Dr. Şəhla Əhmədova, əlilliyi olan şəxslərin hüquqlarının qorunması sahəsindəki zəngin təcrübəsini və dərin biliklərini bizimlə bölüşür. Dr. Şəhla, uzun illər Naxçıvan Uşaq Bərpa Mərkəzinin baş həkimi vəzifəsində çalışmış və burada əldə etdiyi dəyərli təcrübələri ilə əlilliyi olan şəxslərin tibbi, sosial və hüquqi ehtiyaclarının təmin edilməsində qarşılaşdığı çətinliklər və həll yolları haqqında fikir bildirir.
Aparıcımız Püstəxanım Quliyeva ilə bu söhbət zamanı siz:
Bu podcast həmçinin cəmiyyətin bu mövzuda necə daha fəal iştirak edə biləcəyinə dair konkret tövsiyələr təqdim edir. Dr. Əhmədovanın peşəkar baxışları və real həyatdan götürülmüş təcrübələri müzakirələri daha da dərinləşdirir.
İndi dinləyin və bu vacib mövzuda daha məlumatlı olun!
MediPodcast – sosial ədalət və bərabərlik üçün bir addım daha atın!
Çıxışçılar: Dilrubə Qaraşova(Uzman Doktor, İnfeksionist) , Kübra Quliyeva(Psixoloq)
Layihə rəhbəri və aparıcı: Cəvahir Əmirova
Editor: NDU Media Şöbəsi və Əli Ələkbərli
Marifləndir, Dəstək ol , Stiqma ilə mübarizə apar - EMSA Naxçıvan İctimai Səhiyyə Pilları. Podcast 1 Dekabr Ümumdünya QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Gününə həsr olunmuşdur.
From the publisher's feed
MediPodcast – EMSA Naxçıvan Tələbə Təşkilatının Rəsmi Podcast Kanalı
MediPodcast, EMSA Naxçıvan Tələbə Təşkilatının əsas sütunlarına əsaslanaraq, tələbələrin, cəmiyyətin və…
Hər buraxılışda sizi nə gözləyir?
MediPodcast vasitəsilə yalnız dinləyici deyil, həm də öyrənən və ictimai səhiyyə sahəsində daha məlumatlı bir fərd olacaqsınız. Podcastlarımızı rəsmi vebsaytımızdan asanlıqla dinləyə, tibbi biliklərinizi genişləndirə və sağlam həyat tərzini təşviq edə bilərsiniz.