Nafas LGBTI

Nafas LGBTI

By Nafas LGBTIBusinessNon-Profit
Download on the App Store

Nafas LGBTI episodes

  • Əhatəli Cinsi Təhsil | Şəbnəm Sadıqova ilə müsahibə

    Əhatəli Cinsi Təhsil nədir? Bu barədə 10 ildən artıqdır ki, yeniyetməlik/gənc və böyüklərin psixologiyası üzrə ixtisaslaşan psixoterapevt və seks terapevt Şəbnəm Sadıqova ilə söhbətləşdik.

    Azərbaycanda ilk dəfə əhatəli cinsi təhsillə bağlı dərs keçirilməyə başlayıb. Layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsi qalibi olaraq, Sabunçu rayonu 72 nömrəli tam orta məktəbdə tətbiq edilib. Bu layihə çərçivəsində cəlb olunmuş seks terapevt Şəbnəm Sadıqova dərslərin noyabrın 1-dən dərslərə başlayacağını deyib.

    Şəbnəm Sadıqova Nəfəs LGBTİ Azərbaycan Alyansının aşağıdakı suallarına cavab verib.

    Müəllimlər və valideynlər “gender” sözünü eşidəndə nə başa düşürlər?  Bunu necə təsəvvür edirlər?

    “Seks” sözü məktəblilərlə ünsiyyətdə işlədiləcəkmi?

    Valideynlərdən hansısa birbaşa irad, hücum olubmu?

    20 min
  • Trans Maskulin Tranzisiya

    Nəfəs LGBTİ Azərbaycan Alyansı Mental Sağlamlıq podkastlar seriyasını qürurla təqdim edir.

    Seriyamızın ilk mövzusu "Trans maskulin tranzisiya" və qonağımız isə Azad Bakhtidir. Azadın 25 yaşı var, o, trans kişidir və vegan, transfeminist aktivistdir. Bu podkastda Azad ilə Azərbaycan reallığında transların apardığı yaşam mübarizəsindən:

    transların əmək bazarına çıxmaqda qarşıladığı çətinliklər, işsizlik;

    - ASAN Xidmətin nümunəsində transfobik bürokratiya;

    - Trans görünməzliyi və buna təsir edən sosyal, iqtisadi, siyasi amillər;

    - Trans kişilərin qadın təcrübələrinin (sosiallaşmasının) yox sayılması;

    - Trans qətlləri və intiharları;

    - Trans-həssas sağlamlıq xidmətlərinin, o cümlədən psixoloq və psixoterapevtlərin çatışmazlığı

    və trans həyatları çətinləşdirən bu və ya digər amillərin mental sağlamlığa bir-başa və dolayısı təsirləri barədə söhbət etmək imkanımız oldu.

    34 min
  • Medianın Kuir Monitorinqi

    “Medianın Kuir Monitorinqi” podkastı. Bu podkast yazısında Nigar və qonaq qismində dəvət olunan “QueeRadar”-ın təsisçisi Leyla kuirlər haqda mediada necə bəhs olunduğundan danışıb. Onlar həmçinin “QueeRadar”-ın necə yarandığından və gördüyü işlərdən, eləcə də mediada kuirlər haqqında bəhs olunarkən buraxılan səhvlərdən söhbət açıb.

    17 min
  • İnterseks Görünürlüyü

    “İnterseks Görünürlüyü”. Bu podkast yazısında Nigar və qonaq qismində dəvət olunan Vüsalə intersekslər haqqında ümumi məlumat verib, onlara qarşı olan interfobiyadan danışıb və elcə də, ölkədəki hüquq çərçivəsində intersekslərə necə yanaşıldığından bəhs edib.

    14 min
  • Pandemiyanın Qadın və LGBTİ+lərə Təsiri

    “Pandemiyanın Qadın və LGBTİ+lərə Təsiri” podkastı. Bu podkast yazısında Nigar və Turana: Qadınlar və LGBTİ+lərin həyatına pandemiya və izolasiyanın təsirindən; pandemiya dövründəki ölkədəki sosial və politik dəyişikliklərdən və bu dəyişikliklərin kuir icmaya təsirlərindən və artan nifrət cinayətlərindən bəhs edib.

    14 min
  • LGBTİ+lər, Qadınlar və Şəhər

    “LGBTİ+lər, Qadınlar və Şəhər” podkastı. Bu podkast yazımızda qonaqlar Nigar və Turana “Şəhər quruculuğu niyə qadınlar və LGBTİ+lər üçün önəmlidir? Şəhərlərimiz nə dərəcədə onlar üçün inklüzivdir? Hansı praktikaların şəhərlərimizdə reallaşması qadın və LGBTİ+lərin həyatını daha asan edərdi?” suallarını cavablayıb və eləcə də iklüziv şəhər konseptindən və ölkdəki urban problemlərdən danışıb.

    15 min
  • Artivizm

    “Artivizm” podkastı. Bu podkast yazısında Nigar və Turana “Artivizm ümumillikdə nədir? Bir-birlərinə çox bənzəyən Artivizm və Aktivizm sözləri arasındakı fərqi nə əmələ gətirir? Nəyə görə sadəcə incəsənət yox məhz artvizm?” suallarına cavab verib və eləcə də kuir-artivizmindən və bir çox mövzu ilə bağlı maraqlı nüanslardan bəhs edib.

    14 min
  • Feminizm 101

    “Feminizm 101” podkastı. Bu podkastda Nigar və Turana ölkəmizdə və dünyadaki feminist hərəkatlarından, feminizmin tarixindən və dalğalarından, “TERF” - lərdən və feminizmin ideoloji təsnifləndirilməsindən danışır.

    21 min

About Nafas LGBTI

From the publisher's feed

Nəfəs LGBTİ kuir və LGBTİ+ icmasına dair və müxtəlif mövzularda podkast istehsal edir.