"Zaman Maşını" verilişinin qonağı nüfuzlu Oksford Universitetinin məzunu, hüquqşünas Şəbnəm Tağıyeva oldu.
Verilişdə qonağımızla dünyanın ən prestijli universitetlərindən biri olan Oksfordda təhsil almağın əsas strategiyalarından, qəbul prosesinin mərhələlərindən, tələblərdən və tələbələr üçün vacib məqamlardan danışdıq. Şəbnəm xanım həmçinin şəxsi təcrübəsinə əsaslanaraq, hüquq sahəsində xaricdə təhsil almaq istəyən gənclərə faydalı tövsiyələr verdi. Oksfordun akademik mühiti, tələbələrə təqdim olunan imkanlar və karyera perspektivləri ilə bağlı maraqlı fikirlər də bölüşüldü.