
Sign up to save your podcasts
Or


Qadınların ictimai-siyasi sferada az təmsil olunması çox vaxt fərdi seçim və ya motivasiya məsələsi kimi təqdim olunur. “Qadınlar daha aktiv olmalıdır” kimi çağırışlar isə problemi fərdlərin üzərinə qoyur.
Bəs məsələ həqiqətən motivasiyadadırmı?
Bu videoda qadınların siyasi iştirakına struktur baxışdan yanaşırıq: – Siyasi imkanlar kimlər üçün açıqdır? – Resurslara çıxış necə bölüşdürülür? – Qərarvermə mexanizmləri kimləri daxil edir, kimləri kənarda saxlayır? – Sosial normativlər və gender rolları qadınların siyasi görünürlüğünü necə formalaşdırır?
Siyasi iştirak təkcə seçkilərdə namizəd olmaq deyil. Bu, qərarvermə proseslərinə çıxış, resurslara nəzarət və ictimai gücə real təsir imkanları deməkdir.
Əgər problem qadınların “istəməməsi” deyilsə, onda məsələ hansı struktur mexanizmlərdədir?
Bu videoda fərdi seçim mifini analiz edir və siyasi iştirakın arxasındakı güc münasibətlərini müzakirə edirik.
🎯 Mövzu ilə bağlı fikirlərinizi şərhlərdə bölüşün. 🔔 Gender və media ilə bağlı analitik məzmun üçün kanala abunə olun.
#Gender #Siyasət #Qadınlarınİştirakı #GücMünasibətləri #GenderNormativləri #MediaVəCəmiyyət
Gender Hub platformasının təsisçisi Məryəm Məcidova ilə Qadınların Səlahiyyətləndirməsindən danışdıq.
Qadın Xeylağı icma-əsaslı podkastında “Gender Əsaslı Zorakılıq: Travma, Mədəni Norma və Kollektiv Məsuliyyət” mövzusu ətrafında geniş müzakirə aparırıq.
Qonaqlarımız uzman psixoloq Cəmilə Rəhimli və Vəkil Zibeydə Sadıqova ilə cəmiyyətdə zorakılığın necə normallaşdırıldığını, travmanın sosial və fərdi nəticələrini, həmçinin kollektiv olaraq hansı məsuliyyətləri daşıdığımızı danışırıq. Məqsədimiz mövzunu daha dərindən anlamaq və dəyişimin mümkün yollarını birlikdə axtarmaqdır.
Bu icma əsaslı podcast Niderland Krallığının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə həyata keçib.
Qadın Qaynar Xətti barədə qonağımız Ümidli Gələcək təşkilatının icraçı direktor,Uşaq və Qadın Qaynar Xəttinin rəhbəri Kəmalə Aşumova ilə söhbətimiz Bizi digəe sosial media kanallarında izləyin
Qonağımız Psixoterapevt və cütlük terapisti Mələk Ağazadə ilə #cinsimünasibət və məişət problemlərinin təsirindən danışdıq. bizi Spotifyda dinləyin, sosial şəbəkələrdə izləyin. İnstagram https://www.instagram.com/qadinxeylagi/
Qonağımız BMT Azərbaycanın Tərəfdaşlıq üzrə müşaviri və gender məsələləri üzrə əlaqələndirici şəxsi Şəms Mustafayeva ilə gender əsaslı zorakılıqdan danışdıq.Qadınlara qarşı zorakılıqla mübarizə yollarından danışdığımız bu podcastı diqqətlə dinləyin. bizi Spotifyda dinləyin, sosial şəbəkələrdə izləyin. İnstagram https://www.instagram.com/qadinxeylagi/
Qonağımız Kosmetik vasitələr istehsalı üzrə mütəxəssis Uzm. Ecz. Dr Rufat İsa ilə #üzbaxımı və bu barədə miflərdən danışdıq. bizi Spotifyda dinləyin, sosial şəbəkələrdə izləyin. İnstagram https://www.instagram.com/qadinxeylagi/
Qonağımız Ginekoloq Fatma İbrahimli ilə #istənməyənhamiləlik #reproduktivsağlamlıq #abort və fəsadlarından danışdıq. bizi Spotifyda dinləyin, sosial şəbəkələrdə izləyin. İnstagram https://www.instagram.com/qadinxeylagi/
From the publisher's feed