Salam, millət. Podkast seriyasına başlamadan əvvəl kiçik bir tanışlıq etmək istəyirəm. Mən özümü biləndən bəri ən üzdəniraq mövzularda danışmaq, fikir mübadiləsi etmək marağımda olub. Bir müddətdir ki, daimi olaraq queer-feminist podkastları dinləyirdim, nəhayətində özüm də başlamaq qərarına gəldim. İlk cəhtimdir deyə azca həyacanlı və təcrübəsiz ola bilərəm, lakin ilərləyən dəqiqələrdə bir-birimizə tam öyrəşəcəyimizə əminəm. Onda seks, seksuallıq, seksual həzz və sağlamlıq, aktivizm, gündəmimizə oturan və ya oturmalı olan havadan-sudan qeybət yaxud da kefimizə düşən temalarda mövzuların öznələri ilə danışacağımız "Qıy vaar!" queer-feminist podkast seriyasına xoş gəlibsiniz.