
Sign up to save your podcasts
Or


Hər kəsin şad günlərinin şəriki, çətin anların birinci dəstəkçisi Səkinə xala bu bayramda tək qalıb. Saxta Baba bir kəndə bayram gecəsinin sevincini paylaşmağı xatırladır.
Şaxta Babadan hədiyyə gözləyən Arif, sonda özü bayram gecəsini özü və ailəsi üçün möcüzəyə çevirir. Şaxta Baba olmasa da Saxta Baba onu ziyarət edir, sirrli sözləri ilə ona möcüzə yaratmağı öyrədir. Birlikdə dinləyək.
Əsl bayram nədir? Təmtəraqlı hazırlıq, bahalı hədiyyələr, işıqlı salonlar, səliqəli geyimlər yoxsa sadəcə sevdiklərimizlə keçirdiyimiz xoş vaxt? İddialılar ailəsinin başından bu keçən bu nağılda Saxta Baba bizə əsl bayramın nə olduğunu xatırladır.
İlkin Xəlil Yeni il əhvallı buraxılışımızın ikinci qonağı idi. Söhbətlərimizdən təkcə Şaxta Baba yox, verilişimizin prodüseri də narahatlıq keçirdi, sizcə niyə? Birlikdə baxaq!
Yeni il əhvallı epizodumuzun ilk qonağı Günel Rahim idi. Dedik, güldük, keçmiş illərə qayıtdıq, Şaxta Babanın arxasınca danışdıq və ən əsası sənin üçün xoş arzular səsləndirdik! Fikirlərini şərhə yazmağı da unutma!
Bu gün Əli və Elnur gizli pullar və maliyyə dünyasının ən qorxulu hekayələri haqda danışdılar! 💸👻
Back to school, distant təhsil, influencerlər və sosial şəbəkələrin həyatımıza təsiri haqqında
Əli və Elnur 20 dəqiqə ərzində ilk maaşlarından və lazımsız xərclərindən danışır, arada deyib-gülürlər.
From the publisher's feed