Söhbətgah

Söhbətgah

By SöhbətgahSociety & Culture
Download on the App Store

Söhbətgah episodes

  • Qeyri-qanuni qumara qarşı nə etməli? | Söhbətgah
    Bu buraxılışda "Söhbətgah" podkastında ölkəmizdə və dünyada ciddi sosial-iqtisadi problemlərdən birinə çevrilən qeyri-qanuni qumar oyunları, onlayn mərc platformalarının görünməyən təhlükələri və onların hüquqi, iqtisadi və sosial fəsadlarını ekspertlərimizlə ətraflı müzakirə etdik💙💚 📌

    Qonaqlarımız:
    • Eyyub Hüseynov - “Azad İstehlakçılar” İctimai Birliyinin sədri, istehlakçı hüquqlarının müdafiəsi üzrə ekspert
    • Nazim Şükürov - İqtisadçı alim, hüquqşünas, Dünya Bankının Azərbaycanda "Business Ready" üzrə eksperti
    • Sona Səlimli-Ələsgərova - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil, “Legalaid” hüquq şirkətinin təsisçisi və direktoru

    Videoda cavab tapacağınız əsas suallar:

    -Qeyri-qanuni qumar və onlayn mərc saytları insanları necə tələyə salır?

    -İstehlakçı hüquqları çərçivəsində aldadılan şəxslər nə etməlidir? 

    -Qumar asılılığının iqtisadi fəsadları: Borc bataqlığı və maliyyə çöküşü.

    -Qeyri-qanuni qumarın hüquqi tərəfləri və qanunvericilikdə nəzərdə tutulan cəzalar.

     -Qumar asılılığından xilas olmaq və bu təhlükədən qorunmaq üçün ekspert tövsiyələri.
    1 hr 9 min
  • Səhv məşq edirsiz | Səadət Mütəllimova | Söhbətgah
    "Söhbətgah" podkastının bu buraxılışında bədən quruluşu, idman savadlılığı və düzgün məşq texnikaları haqqında ən çox verilən suallara cavab tapırıq. Qonağımız Səadət Mütəllimova ilə zalda və gündəlik məşqlərdə tez-tez edilən kobud səhvlər, əzələ inkişafının elmi tərəfləri və sağlam həyat tərzinin bünövrəsi olan bədən savadlılığı barədə ətraflı həmsöhbət olduq.
    Əgər siz də "Niyə uzun müddətdir məşq edirəm, amma nəticə ala bilmirəm?", "Məşq zamanı hansı səhvləri edirik?" və "Əzələ kütləsini zədələnmədən necə artırmaq olar?" kimi suallara cavab axtarırsınızsa, bu buraxılış tam sizin üçündür!

    💡 Bu buraxılışda hansı suallara cavab tapacaqsınız?


    • Düzgün məşq texnikası: Yanlış hərəkətlərin oynaqlara zərəri və effektivliyi artırmaq yolları.
    • Bədən savadlılığı: Öz bədəninizin siqnallarını oxumaq və fərdi məşq proqramı seçmək.
    • Əzələ kütləsi və bərpa: Əzələnin zalda yox, istirahət və qidalanma zamanı böyüməsi faktı.
    • Əsas Mövzular: İdman savadlılığı, bədən anatomiyası, düzgün məşq qaydaları, əzələ gipertrofiyası, zədələrin profilaktikası.
    🔔 Kanalımıza abunə olun və bildirişləri açın:

    Podkastımızı bəyənməyi, rəy bölməsində öz məşq təcrübənizi və ya Səadət xanıma suallarınızı bölüşməyi unutmayın!

    📲 Sosial şəbəkələrimiz:
    • Instagram: https://instagram.com/sohbatgah
    • Səadət Mütəllimova Instagram: /seadetmutellimova
    1 hr 15 min
  • O bir nəfər
    İnsan illərlə məktəbə gedib, dərslik oxuyub, tapşırıq yazıb, imtahan verib. Hər mərhələdə onun biliyi yoxlanılıb, qiymətləndirilib, növbəti sinfə keçirilib. Bütün bunlardan sonra oxuduğunu anlamaqda ciddi çətinlik çəkirsə, o qiymətlər nəyi ölçüb? Biz onun nəyi bacardığını təsdiqləmişik?
    6 min
  • Psixoloqun etik qaydaları | Qumru Şərifova | Söhbətgah
    Qonağımız Qumru Şərifova ilə çox vacib bir sıra mövzuya toxunduq, psixoetika və etibar edə bilmə meyarları haqqında danışdıq. Qumru xanım öz Instagram səhifəsində dünyaca məşhur elm adamları dəvət edib onlarla söhbətləşir, mütləq izləyin💙💚

    https://www.instagram.com/kumruserifova
    1 hr 19 min
  • İndi “Gələcək mən”iniz olun | Bu kitabı niyə oxumalıyam? | Libraff | Söhbətgah
    Bu dəfə yeni biur kitabın icmalı ilə görüşünüzə gəldik. Dr. Bencamin Hardinin fikrincə, sizin “Gələcək mən”iniz, yəni məqsədlərinizə çatdığınız zaman özünüzü yerində təsəvvür etdiyiniz insan təkcə indiki “mən”inizdən daha əhəmiyyətli deyil; əlaqələri düzgün quracağınız halda ən güclü bələdçiniz də ola bilər.

    Dr. Hardi “İndi “Gələcək mən”iniz olun” kitabında aşağıdakı mövzuları əhatə edir:

    • “Gələcək mən”inizin elmi əsasları;

    • Arzuladığınız “Gələcək mən”inizi necə yaratmalı və onunla necə əlaqə qurmalı;

    • “Gələcək mən”inizin hazırda təsəvvür edə bildiyiniz sərhədlərini necə genişləndirməli;

    • “Gələcək mən”iniz üçün yeddi ən böyük təhdid;

    • “Gələcək mən”iniz haqqında yeddi ən güclü həqiqət;

    • “Gələcək mən”inizi indi təsəvvür etmək, müəyyənləşdirmək və yaşamaq üçün yeddi konkret addım.







    25 min
  • Qərbin dövrü bağlanır? | Səyyah kimdir? | Azər Qərib
    6-cı mövsümdə hamınızı xoş gördük💚💙

    Qonağımız Azər Qərib oldu, onunla ölkələrdən, yeməklərdən, gəzib yenidən Vətənə qayıtma duyğusundan danışdıq, dinləyin, şərh yazın və paylaşın ki, daha çox adama çataq!

    Bu buraxılış "PAŞA Bank"ın dəstəyilə hazırlanıb, yeniliklərdən xəbərdar olmaq üçün: https://pshb.az/sohbetgah
    1 hr 1 min
  • Osmanlını Şirvanlılar idarə edib | Orxan Fikrətoğlu | Söhbətgah
    Bu dəfə isə qonağımız çoxdandır gözlədiyimiz Orxan Fikrətoğlu oldu.

    Onunla ana dilimizdən, tariximizdən, yazdıqlarından və yazacaqlarından danışdıq. Allahın qaranlıqda axtarışını düşündük💚💙

    Bu buraxılış “Azərsun Holdinq” Şirkətlər Qrupunun Azərbaycan dilinə dəstək layihələri çərçivəsində yayımlanır.

    BƏS BİZ KİMİK? https://sohbetgah.az

    📬ƏMƏKDAŞLIQ ÜÇÜN
    [email protected]
    1 hr 26 min

About Söhbətgah

From the publisher's feed

Tural və Əli hər həftə fərqli bir mövzu ətrafında qonaqları ilə fikir alış-verişi edir və təzadlı baxış bucaqları bu söhbətləri daha da dadlandırır.