Bu dəfə @dj.tural və @alikhayyam @libraff.az-la "Bu kitabı niyə oxumalıyam" rubrikasında "Daniel Keelman"ın "Dünyanın arşını" kitabını müzakirə etdilər. Bu rubrikada ilk dəfədir ki, bədii ədəbiyyat müzakirə edildi💙💚
Bu dəfə Dj.Tural və Əli Xəyyam "tənqid"dən danışdılar. Tənqid nədir? Kimi tənqid etmək olar? Tənqid və təhqir arasındakı incə xətt. Yazıçılar Birliyinin üzvləri və onlara yönələn tənqidlər. Bu uzun söhbətimizə "Azerçay" dəmləyərək qulaq yoldaşı olun.
Fikirlərinizi şərhlərdə yazmağı, videonu bəyənməyi və paylaşmağı unutmayın💚💙
Bu dəfə Dj Tural və Əli Xəyyam "Söhbətgah"da "Müasir Azərbaycan Kinosu" kitabı haqqında danışdılar. "Bu kitabı niyə oxumalıyam" rubrikasında müasir Azərbaycan kinosundan, bu kitabın əhəmiyyəıtindən, həm də bir az mövzudan da kənara çıxdılar.
İnsan münasibətlərində bir çox texnika var, gülümsəmək, danışacağınız mövzuları seçmək və s. Elə bu mövzuda bu yaxınlarda oxuduğum və çox faydasını gördüyüm bir kitabın xülasəsini sizlərlə bölüşmək istədim💚💙
Bu dəfə @dj.tural və @alikhayyam-ın qonağı Türkiyədən elmlər doktor @dr.ozgurbolat oldu. Bu dəfə Söhbətgahda onunla ailələr nəyi səhv edər, dəyərsizlik duyğusu nədir, sağlam və xoşbəxt uşaq necə böyüdülə bilər və bu kimi mövzularda söhbət etdilər.
Bu dəfə Ali Khayyam və Tural Yusifov psixologiya haqqında olan bir kitabdan bəhs etdilər. Bu kitab Nataniel Brendenin "Özünüqiymətləndirmənin 6 prinsipi" kitabıdır.
"Tərbiyə nədir?" mövzusuna yenidən qayıtmaq məcburiyyətində qaldıq. Çünki ehtiyac var idi. Məktəbdə baş verənlər, insanların buna və bir-birinə münasibəti haqqında "Münasibət".
"Söhbətgah"a patron olmaqla yeni məzmun yaratmağımıza yardımçı ola bilərsiniz. Bizi www.sohbetgah.az vasitəsi ilə də dəstəkləyə bilərsiniz💚💙
Buraxılışın əsas dəstəkçisi “Azerçay”a təşəkkürlər☕ Azerçay, Doğma Çay!
Bu dəfə sizlər üçün çox sevdiyim bir kitabın xülasəsini səsləndirdim. Bu kitabın çox qalın olduğunu və çətin oxunduğunu bilirəm. Ona görə də aldığım nəticələrini bölüşürəm.
İdmandan başladıq, fəlsəfədə bitirdik😊 Bu dəfə @dj.tural və @alikhayyam fitness model @salatin_asadova-yla gücdən, idmandan, xoşbəxtlik axtarışından söhbət etdilər💚💙
Buraxılışın əsas dəstəkçisi “Azerçay”a təşəkkürlər☕️ Azerçay, Doğma Çay!
1 hr 24 min
About Söhbətgah
From the publisher's feed
Tural və Əli hər həftə fərqli bir mövzu ətrafında qonaqları ilə fikir alış-verişi edir və təzadlı baxış bucaqları bu söhbətləri daha da dadlandırır.