Tech-week

Techweek #E1S3: AI bubble - partlayacaq mı?


Listen Later

Yeni sezonun ilk epizoduna xoş gəldiniz əziz Tech-week dinləyiciləri!

Bu 3-cü sezonun podkast bölümlərini Azərbaycan dilində yayımlamağa davam edəcəyik. Sizin əvvəlki sezonla bağlı geri bildirimlərinizi, fikirlərinizi də şərhlərdə gözləyirik.

Bu bölümümüzdə müzakirə etdiyimiz mövzu daha çox iqtisadi terminlərə toxundu. Süni İntellektin yaratdığı iqtisadi şar (bubble) nə zaman partlayacaq və ya partlayacaq mı?

Bunun gündəlik həyatımıza təsiri nə ola bilər? Ümumiyyətlə, bu fenomenin keçmişdə baş vermiş sənayə inqilabları ilə müqayisəsi nədir və hazırda Sİ biznes bazarındakı vəziyyətlə bağlı təhlillər nələrdir?

Bütün bu suallara cavabları, və daha çoxunu səbirsizliklə dinləməyə hazırsınızsa, yaxın əyləşin və indicə dinləməyə başlayın! Xoş dinləmələr.

Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı unutmayın.

Son bölümü YouTube-da izlə: https://youtu.be/K-fc-7Rs3w8?si=guHe-NsVF5LoaeVG

...more
View all episodesView all episodes
Download on the App Store

Tech-weekBy Kamran Hasilovich