
Sign up to save your podcasts
Or


Welcome back, Tech-week listeners!
This is our new episode 2, in season 4, on air. Hope you enjoyed our last episode. Today, we have a very relatable topic that we decided to discuss with you, and it is about the term called Timeline Compression, how the accelerated speed of this period that we are living in is taking its mental toll on us, and what to do about it. How to adapt to the pace of the modern age?
Every day, something new happens; one day, economic disruptions, another day, it is a conflict somewhere. It feels like we are not able to catch up with anything anymore. We feel the pressure to constantly improve ourselves at work, and something new becomes obsolete in weeks. Trends change very fast, values are getting less and less relevant, and our attention spans are shortening even further.
Here, we call the phenomenon Timeline compression. It is the notion or the feeling that time itself is accelerating, and our minds are not capable of digesting it. Have a listen and let's learn what the reasons behind it are, how our brains evolved to thrive in slower environments, and what can be done about it.
As Tech-week, to step together with us towards the healthy future that we believe in on this path of enlightenment, don't forget to support us, share what you listen to with your friends, your circle, or on social media, so that they can benefit from these discussions. You will help our goal a lot. Don't forget to follow us on Spotify, Apple Podcasts, and YouTube platforms, listen actively, and join the discussions.
Watch the latest episode on YouTube: https://www.youtube.com/watch?v=5MciKBUDHVg&t=1s
Welcome back, dear Tech-week listeners! Here we are back again on the first episode of season 4. Starting from this episode, we will publish our new episodes in English.
Today, we chose a very interesting, a little bit scary, but very hopeful topic: We discussed cancer research!
How technology is helping us with developing new techniques to beat this terrible thing that claims so many millions of lives every year, and how hopeful or realistic should we be?
From personalized treatments to immune vaccines, let's have a listen to what innovations offer in this field, and what the next 3-5 years hold.
As Tech-week, in order to step together with us towards the healthy future that we believe in on this path of enlightenment, don't forget to support us, share what you listen to with your friends, your circle, or on social media, so that they can benefit from these discussions. You will help our goal a lot. Don't forget to follow us on Spotify, Apple Podcasts, and YouTube platforms, listen actively, and join the discussions.
Watch the latest episode on YouTube: https://www.youtube.com/watch?v=WSRCoe1xdKU&t=1s
Salamlar əziz dostlar, bu günkü yeni bölümümüzə, sezon 3-ün son epizodu olan 10-cu epizoda xoş gəlmisiniz. Bu gün haqqında danışacağımız mövzu - proqnoz bazarları, Polymarket və ya Kalshi kimi platformaların geniş yayılması, mərclərin ümumiyyətlə bir çox idman oyunlarının, proseslərin, qərarların, hətta mobil tətbiqlərin qumara çevrilərək, həyatlarımıza daha dərindən sirayət etməyə başlaması haqqında olacaq.
Bu kimi proqnoz/mərc bazarlarının tarixindən başlayaraq, onların tənzimlənməsi, qumarlaşma və oyunlaşdırma dalğasının beyinlərimizə olan təsirindən tutun, gələcəkdə bu platformaların hansı yönə təkamül edəcəyinə kimi hər mövzuya toxunmuşuq.
Tech-week olaraq bizim bu maarifləndirmə yolumuzda inandığımız o sağlam gələcəyə bizimlə birlikdə addımlamaq üçün, bizə dəstək olmağı, dinlədiklərinizi dostlarınızla, ətrafınızla və ya sosial mediada paylaşaraq onların da bu müzakirələrdən faydalanmağına tövhə verməyi unutmayın. Bizim hədəfimizə çox kömək etmiş olarsınız. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı da unutmayın.
Son bölümü YouTube-da izlə: https://www.youtube.com/watch?v=vbIDWIh4n9Q
Əziz Tech-week dinləyiciləri, bu yeni bölümümüzə xoş gəlmisiniz! Bu gün günlərdən epizod 9, sezon 3. Ümidvarıq ki, bölümlərimizi yaxından izləyirsiniz və seçdiyimiz mövzular sizə maraqlı gəlir, bizləri maraqla dinləyirsiniz.
Bu gün ələ aldığımız mövzu süni intellektin və onun gətirdiyi yeni alətlərin, proqramların iş yükünü azaldıb azaltmadığı ilə bağlı oldu. Güncəl araşdırmalar, ən son müzakirələr bu mövzu barədə nələr deyir, hal-hazırki Sİ - in potensial qazandıracağı üstünlükləri şirkətlər həqiqi üstünlüyə, həqiqi gəlirə çevirə bilir mi, məhsuldarlığımızda və ya iş yükümüzü azaldaraq bizi ən vacib problemlərə fokuslanmağa sövq edir mi?
Bir qədər statistikalarla, faktlarla dolu bir bölüm oldu, amma sizi əmin edirəm ki, heç də sıxıcı bir bölüm olmadı .
Tech-week olaraq bizim bu maarifləndirmə yolumuzda inandığımız o sağlam gələcəyə bizimlə birlikdə addımlamaq üçün, bizə dəstək olmağı, dinlədiklərinizi dostlarınızla, ətrafınızla və ya sosial mediada paylaşaraq onların da bu müzakirələrdən faydalanmağına tövhə verməyi unutmayın. Bizim hədəfimizə çox kömək etmiş olarsınız. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı da unutmayın.
Son bölümü YouTube-da izlə: https://www.youtube.com/watch?v=GRZclb2Qc4o
Bu gün günlərdən yenidən Bazardır, və biz yeni epizodumuzla sizlərin qarşısındayıq, əziz dinləyicilər!
Bu bölümdə biz Anthropic PBC şirkətinin CEO-su olan Dario Amodei-nin müxtəlif müsahibələrdə bəhs etdiyi və xəbərdarlıq etdiyi mövzularda daha detallı söhbət açmışıq. Dario son iki-üç həftədir ki, istər CBS News-da, istərsə də Economist qəzetinə verdiyi müsahibəsində Süni intellektin risklərinə, bu texnologiyanın bir neçə şirkətin əlində təmərküzləşməsi və hökumətlərin limitsiz əlçatımlılıq istəməsinə, o cümlədən bu son bir neçə təlatümlü aylarda hərbi əməliyyatlarda artıq əhatəli şəkildə istifadəsinə toxunmuşdur.
Bu mövzular birbaşa olaraq məsuliyyətin kimdə olması, bu risklərin adaptiv şəkildə idarə olunması və təhlükələrin miqyasını idarə etməyi, cəmiyyətlərə olan qeyri-stabillik riskinin artırması, qərarlar zəncirində insanın payı və önəmi və s. kimi söhbətləri də bərabərində gətirir.
Artıq müharibələr və hərbi əməliyyatlar çox xərcli olmayacağı üçün daha da yayıla bilər mi? Bəs ölkələrin mövcud hüquq sistemləri bu yeni, sürətlə inkişaf edən və "boz ərazi"də tətbiqlər tapmaqda davam edən bu güclü Süni intellekt sistemlərinə necə adaptasiya olacaq? Daha da əlçatımlı və günü-gündən güclənən bu texnologiyalar insan övladının mənfi niyyətləri ilə birləşərsə nə baş verə bilər?
Gəlin bu mövzularda daha da agah olmaq üçün qulaq asaq, və maariflənək.
Tech-week olaraq bizim bu maarifləndirmə yolumuzda inandığımız o sağlam gələcəyə bizimlə birlikdə addımlamaq üçün, bizə dəstək olmağı, dinlədiklərinizi dostlarınızla, ətrafınızla və ya sosial mediada paylaşaraq onların da bu müzakirələrdən faydalanmağına tövhə verməyi unutmayın. Bizim hədəfimizə çox kömək etmiş olarsınız. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı da unutmayın.
Son bölümü YouTube-da izlə: https://www.youtube.com/watch?v=K7vumna8aa4&t
Əziz dinləyicilər, yeni bölümümüzə müəyyən aradan sonra yenidən xoş gəlmisiniz! Bu günkü epizodumuzun əsas mövzusu bu həftə başlamış olan, Mart ayı boyunca da davam edəcək Mark Zukerberqin məhkəmə proseduru və bu prosesin detallarının sosial media haqqında bildiklərimizə, bu platformanın gələcəyinə təsirləri barəsində oldu.
Nə üçün Meta özlərinin apardığı akademik araşdırmanın nəticələrini yayımlamaqdan çəkindi? Bu nəhəng şirkətlər yeniyetmələrin və gənclərin öz platformalarından asılı olduqlarını, aludəçi kimi günün əksəriyyətini orada keçirərək dərslərindən, öz sosial həyatlarından və mental sağlamlıqlarından zərər gördüklərini bilirmi? Bəs nə üçün bu barədə kifayət qədər addımlar atılmır? Bəs gənclərin özlərini digərləri ilə müqayisə etməyə məcbur edən "gözəllik filterləri"-nə nə deməli?
Bütün bu məhkəmə prosesləri və elmi araşdırmalar, Böyük Tütün şirkətlərinin keçən əsrin sonlarına doğru təcrübə etdiklərinə gətirib çıxara bilər mi? Gələcəkdə hər bir platformaya daxil olarkən üzərində xəbərdarlıq yazısı görə bilərik mi? Bəs 16 yaşdan aşağı uşaqlara bütövlükdə qadağanın gətirilməsi müzakirələri mövzunu haraya doğru aparacaq?
Tech-week olaraq bizim bu maarifləndirmə yolumuzda inandığımız o parlaq gələcəyə bizimlə birlikdə addımlamaq üçün, bizə dəstək olmağı, dinlədiklərinizi dostlarınızla, ətrafınızla və ya sağlam bildiyiniz sosial mediada paylaşaraq onların da bu müzakirələrdən faydalanmağına tövhə verməyi unutmayın. Bizim hədəfimizə çox kömək etmiş olarsınız. Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı da unutmayın.
Son bölümü YouTube-da izlə: https://www.youtube.com/watch?v=AghmxDPMOLg
Əziz dinləyicilər, hamınıza yeni həftədən salamlar! Epizodumuz texniki səbəblərdən bu dəfə daha gec yayıma girir.
Bu gün müzakirəsini etdiyimiz mövzu - keçən həftə gündəmi çalxalayan GrokAI skandalı oldu. Süni İntellektin boşluqlarından "yararlanaraq" insanların müxtəlif gerçək insanların, məşhurların fotolarını götürüb, addım-addım onların çılpaqlaşdıraraq platformanın öz təhlükəsizlik qaydalarına uyğunsuz hala gətirməsi oldu.
İllərdir Süni İntellektin bu çatışmazlığını görməzdən gələn, yaxud da bundan agah olmayan şirkətlər və hökümətlər artıq zərəri idarə etmək rejiminə keçid ediblər. Bizim də epizodlarımızda dəfələrlə izah etdiyimiz, Sİ - in bu kimi öncədən görülməz, xaotik tərəflərini daha yaxşı idarə etmək üçün, gələcəyimizi, mənəviyyatımızı, şəxsiyyətimizi və məxfiliyimizi - ən önəmli dəyərlərimizi qoruyaraq irəliləməliyik.
Bu arada, bu epizodumuzda yenə bir qədər texniki detallara girərək, təhlükəsizlik sistemlərinin ehtimallara dayanan tərəfini, nə üçün klassifikasiyaların 100%@% işləyə bilmədiyini də izah etmişik.
Tech-week olaraq bizim bu maarifləndirmə yolumuzda inandığımız o parlaq gələcəyə bizimlə birlikdə addımlamaq üçün, bizə dəstək olmağı, dinlədiklərinizi dostlarınızla, ətrafınızla və ya sosial mediada paylaşaraq onların da bu müzakirələrdən faydalanmağına tövhə verməyi unutmayın. Bizə çox fayda vermiş olarsınız.
Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı da unutmayın.
Son bölümü YouTube-da izlə: https://www.youtube.com/watch?v=KV56f5dirQw
Bu gün günlərdən Tech-week günüdür, və sizləri 5-ci epizodumuzun girişindən salamlayırıq!
Artıq 2026-cı il gəldi, əksəriyyətimiz yeni il üçün hədəflərimizi qoyduq. Bəzilərimiz daha sağlam həyat tərzi, bəzilərimiz isə proqramlaşdırma və yaxud dil öyrənmək. Digərlərimiz tütün istehlakı kimi zərərli vərdişlərdən qurtulmağa çalışır, kimisi isə zərərli sosial şəbəkə istifadəsini azaltmağı planlaşdırır.
Bu gün haqqında bəhsini açdığımız mövzu da elə vərdişlərlə bağlı oldu - necə sağlam vərdişlər qazanmaq olar, pis vərdişlərimizdən qurtulmağın, həyatımıza olan təsirini azaltmağın yolları nələrdir, texnologiyanın gəldiyi bu ən son mərhələdə hansı gerçək həll yolları vəd edir, gələcəkdə bəs hansı məhsulları, alətləri, applikasiyaları görə bilərik?
Bütün bunlar maraqlı səslənirsə, bu sezonun ən son bölümünə keçid edərək dinləyə bilərsiniz.
Bəs siz öz vərdişlərinizi idarə etmək üçün, hansı üsullardan istifadə edirsiniz? Hansı applikasiyalar ən çox köməyinizə gəlib, bəs Barış Özcanın *zənciri qırma* texnikasını necə, yoxlamısınız?
Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı unutmayın.
Son bölümü YouTube-da izlə: https://www.youtube.com/watch?v=gNN4sOYxq04&t=19s
Yeni bir həftə və yeni bir bölümümüz yenidən yayımdadır!
Xoş gəldiniz əziz dinləyicilər, bu gün bu epizodumuzda post-internet dövründə maliyyənin və investisiyaların necə dəyişdiyindən, bu texnologiyanın hansı boşluqları yaratdığından və 'platformalaşdırma' periodunda, hərşeyin platformalara keçdiyi dövrümüzdə necə daha diqqətli yatırım etmək lazımdır, hansı qırmızı bayraqlara diqqət edilməlidir və s. haqqında bəhs etmişik.
Bənzər mövzulara əvvəlki bölümlərimizdə müxtəlif aspektlərdən toxunsaq da, mövzunun ciddiliyi, bu "scam"lərə inanan və itkilərlə üzləşənlərin miqyası, və bu haqda maarifləndirmə istəyi bizə motivasiya oldu.
Bu epizodumuz əvvəlki epizodlardan bir qədər fərqli olaraq OCCRP adlanan araşdırmaçı jurnalistlərin konsortiumu tərəfindən edilən maraqlı araşdırmaya (məqaləyə) əsaslandı. Onların aşkara çıxardıqları bu detallar, hər birimiz üçün, xüsusən də onlayn yatırım edənlər, bu sahə ilə maraqlanan yeni başlayan investorlar və gələcəyi düşünən insanlar üçün faydalı olacaq deyə ümid edirik. Məqalənin linkini aşağıda tapa bilərsiniz.
Bəs siz hansı platformalara öz pulunuzu etibar edirsiniz, sizin müşahidə etdiyiniz hansı risklər var? Texnologiya daha hansı faydaları və təhlükələri özü ilə bərabər maliyyə dünyasına gətirir? Bunları da bizimlə bölüşə bilərsiniz.
Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı unutmayın.
Son bölümü YouTube-da izlə: https://www.youtube.com/watch?v=l7rHRPD0PG8&t=607s
Məqalə linki: https://www.occrp.org/en/project/scam-empire/call-center-brands-design-test?utm_content=bufferc1726&utm_medium=social&utm_source=linkedin&utm_campaign=Buffer
Axşamınız və hər vaxtınız xeyir əziz dinləyicilər, bu günün Tech-week buraxılışı yenidən sizlərlə birlikdədir!
Ümidvarıq ki, sezon 3 axarında gedir və yeni mövzularımızı dinləməkdən, araşdırmalarımızdan zövq alırsınız.
Bu gün həqiqətən də çox balaca mövzudan uzun-uzun danışmışıq: Bəli, mövzu mikrorobotlar idi! Bu mikroskopik robotlar gələcəyin tibb sahəsini yenidən şəkilləndirəcək mi?
İstər ürək-damar xəstəliklərinin müalicəsində və analizində, o cümlədən xərçəng xəstəliyi kimi ağır, bəzən müalicəsi olmayan ciddi xəstəliklərin daha erkən diaqnozunda olsun, istərsə də tikinti sektorunda və ya zavod-fabriklərin makinələrində dayanıqlılıq testi kimi istifadəsində olsun, hər sahədə potensial göstərən bu "balacalar" həqiqətən də dilimizdəki *bap-balaca boyu var, dam dolusu toyu var!* atalar sözü ilə tam uzlaşır.
Onları araşdıran Stanford və Harvard kimi öncü universitetlər, öz ağırlığının yüzlərlə qatını daşıyan bu robotların gələcəyinin parlaq olduğunu söyləyirlər. Yetərincə praktiki araşdırma və investisiya olarsa, çox önəmli problemlərimizə və yetərsizliklərimizə ümid yeri ola biləcəyini proqnozlaşdırırlar.
Maraqlı gəldisə, daha çoxunu dinləmək üçün 3-cü bölümümüzə keçid edin.
Xoş dinləmələr!
Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı unutmayın.
Son bölümü YouTube-da izlə: https://www.youtube.com/watch?v=cvWgFGJyZZA (Telegram contact spoofing - "Salam, mən sənin şəklini bu saytda gördüm.")
From the publisher's feed