Sign up to save your podcasts
Or

Axşamınız və hər vaxtınız xeyir əziz dinləyicilər, bu günün Tech-week buraxılışı yenidən sizlərlə birlikdədir!
Ümidvarıq ki, sezon 3 axarında gedir və yeni mövzularımızı dinləməkdən, araşdırmalarımızdan zövq alırsınız.
Bu gün həqiqətən də çox balaca mövzudan uzun-uzun danışmışıq: Bəli, mövzu mikrorobotlar idi! Bu mikroskopik robotlar gələcəyin tibb sahəsini yenidən şəkilləndirəcək mi?
İstər ürək-damar xəstəliklərinin müalicəsində və analizində, o cümlədən xərçəng xəstəliyi kimi ağır, bəzən müalicəsi olmayan ciddi xəstəliklərin daha erkən diaqnozunda olsun, istərsə də tikinti sektorunda və ya zavod-fabriklərin makinələrində dayanıqlılıq testi kimi istifadəsində olsun, hər sahədə potensial göstərən bu "balacalar" həqiqətən də dilimizdəki *bap-balaca boyu var, dam dolusu toyu var!* atalar sözü ilə tam uzlaşır.
Onları araşdıran Stanford və Harvard kimi öncü universitetlər, öz ağırlığının yüzlərlə qatını daşıyan bu robotların gələcəyinin parlaq olduğunu söyləyirlər. Yetərincə praktiki araşdırma və investisiya olarsa, çox önəmli problemlərimizə və yetərsizliklərimizə ümid yeri ola biləcəyini proqnozlaşdırırlar.
Maraqlı gəldisə, daha çoxunu dinləmək üçün 3-cü bölümümüzə keçid edin.
Xoş dinləmələr!
Bizi Spotify, Apple Podcasts və YouTube platformalarından izləməyi, fəal şəkildə dinləyib müzakirələrə qoşulmağı unutmayın.
Son bölümü YouTube-da izlə: https://www.youtube.com/watch?v=cvWgFGJyZZA (Telegram contact spoofing - "Salam, mən sənin şəklini bu saytda gördüm.")
By Kamran HasilovichAxşamınız və hər vaxtınız xeyir əziz dinləyicilər, bu günün Tech-week buraxılışı yenidən sizlərlə birlikdədir!