سئوگیلیم...
🔻🔸🔻
سؤز : فرشید کیانی(موغان اوغلو)
سس : مینا پورحیدر
Sevgilim...
🔻🔹🔻
Söz : Fərşid Kiyani(Muğanoğlu)
Səs: Mina Purheydər
🔹🔹🔹
Sevgilim şəklini mobildə gördüm
Yenədə varındı üzündə gülüş
Ürəyim titrədi əllərim əsdi
Yadıma tam gəldi birinci görüş
Buludlar yağırdı göy kişnəyirdi
Var idi üzündə yağış damlası
Əynində ağ paltar kitab əlində
Geymişdi bir insan mələk libası
Sən ancaq danışdın mən sənə baxdım
Fikirimdə əlindən tutmaq istədim
Hislərim lal oldu gücüm çatmadı
Hər gecə fikirinlə yatmaq istədim
Sən sağol deyərək getdin az sonra
Gözümdə baxışlar səni ötürdü
O, yağış bu, baxış əl ələ verdi
Ürəkdə sevginin gülün bitirdi
Gör hara apardı məni bir şəkil?
Gör hara apardı məni bir gülüş?
Beynimin xatirə dəftərlərində
Həm şirin həm acı olub ilk görüş
#موغان_اوغلو (فرشید کیانی)
👇👇👇👇
https://t.me/joinchat/BDuxejvD9oFd78OpBQ7riQ