Bir İki Söhbət

Bir İki Söhbət

Download on the App Store

Bir İki Söhbət episodes

  • Kömək istəmək zəiflikdir?

    Bəlkə də bizim zəiflik olaraq qəbul etdiyimiz şeylər bizim əsl "cəsarətimizdir"..

    Hər birimiz bu həyatı ilk dəfədir yaşayırıq. Bəzən valideynlərimizin uşaq ikən bizə verdiyi kiçik məsuliyyətlər böyüdükcə yükə çevrilə bilir...

    11 min
  • Pandoranın qutusu..

    Ağlamaq zəiflikdir? İçimizdə yığıb saxladığımız hisslərimiz bəzən bizi boğa bilir.. Bunu ağlayaraq içimizdən atmaq zəiflik yox əksinə güc toplaya bilmək üçün bir vasitədir..

    Hamımızın öz pandora qutusu var. Bəs sən onu acmağa hazırsan?

    12 min
  • Sənə nə?

    Başlıq biraz kobud səslənə bilər, ancaq hər birimizin heç olmasa bir dəfə ətrafımıza demək istədyimiz cümlədir.. :)


    16 min
  • "Səni sənin qədər heçkim sevmir"

    Bu cümləni diqqətlə oxu-"Səni sənin qədər heçkim sevmir". Həyatımızda "Mən bunu niyə yaşayıram?" cümləsini istifadə etdiyimiz anlar olur. Bəs doğurdan niyə yaşayırıq? Bu bir dərs, imtahan ən sonunda öyrənməli olduğumuz bir şey üçündür. Sadəcə onu bil ki, bu hekayə sənindir. Əsas qəhrəman da sənsən, yazar da sənsən və aktyor-yaşayan da sənsən...

    Aytac/Leyla

    16 min
  • Reankarnasıya ya keçmiş həyat var?

    Bəzən tanımadığım yerlər tanış gəlir, görmədiyim insanlara qəribə bir yaxınlıq hiss edirəm. Bəlkə də ruhumuz bu dünyada ilk dəfə deyil. Bəlkə bir zaman kişi olmuşam, bəlkə bir qadın, bəlkə də sadəcə bir quş olub səssizcə göy üzünü keçmişəm. Keçmiş həyatın olub-olmadığını dəqiq bilmirəm, amma bəzən ruhum xatırlayır…

    Aytac/Leyla

    15 min
  • Yaşlanmaq ya yaş almaq?

    Düşünürəm hərkəs nə vaxtsa “Yaşlanmaq istəmirəm” deyib. Ancaq bu sanki ağacın budaq verməkdən imtina etməsi kimidir məncə. Halbuki yaş almaq – varlığın dərinləşməsidir. Zaman yalnız bədəni yavaşladar, ruhu isə yetkinləşdirər. Biz bu dünyaya sadəcə gəlib getmək üçün yox, toxunmaq, dəyişmək və iz qoymaq üçün gəlmişik.

    Bir gün bu bədən sükuta qərq olacaq, amma yaşatdıqlarımız — bir gülüşdə, xatirədə, övladın baxışında — sonsuza qədər yaşayacaq. Sonsuz olan nə zamandır, nə də bədən. Sonsuz olan, sevdiklərimizdə buraxdığımız işıqdır. Biz bəlkə də gedəcəyik, amma bizi yaşadanlar qalacaq...


    Aytac/Leyla


    14 min
  • Xoşbəxtlik ❤️

    Xoşbəxt olmaq deyəndə ağlına nə gəlir?

    Bir duyğu, bir hədəf, yoxsa keçib gedən anların içində gizlənən bir hal?

    Psixologiya deyir: xoşbəxtlik daxili tarazlıqdır.

    Antropologiya deyir: xoşbəxtlik mədəniyyətə görə dəyişir — bəziləri üçün sakitlik, bəziləri üçün səs-küylü ailə süfrəsidir.

    Fəlsəfə isə soruşur: “Əgər xoşbəxtlik davamlıdırsa, niyə onun fərqinə varmaq bu qədər çətindir?”

    Bəlkə də xoşbəxtlik heç zaman “tam” bir vəziyyət deyil.

    O, yolun özüdür — bir stəkan çayda, dost söhbətində, ya da tək qalanda içdən gələn rahatlıqda.



    15 min
  • Günahkarlıq hissi...Günahkar olan sənsən?

    Həyat təcrübəmizdə hər birimiz "özümüzü suçladığımız" dönəmlərimiz olub. Hələ "hər şəyin səbəbi sənsən", "mən daha yaxşı bilərəm" eşitdiyimiz cümlələr də..Bəs doğurdan da belədir mi? Bəlkədə həyatda hər şey sadəcə yaşayıb təcrübə etmək deyil, sənin hər şeyə baxış bucağındır?

    11 min

About Bir İki Söhbət

From the publisher's feed

Aytac/Leyla