Dalğa FM
Download on the App Store

Dalğa FM episodes

  • "Səsini bəyənməyən insan səsini kökündən dəyişə bilər? I "Biznes inciləri" #13
    "Biznes inciləri" verilişində qonağımız olan Bakı Nitq Mərkəzinin rəhbəri və nitq təlimçisi Firuzə Aslanova ilə nitq sənətinə olan marağından, Bakı Nitq Mərkəzini yaratmaq fikrindən, parazit səslərdən və onları aradan qaldırmanın yollarından, nitqimizi inkişaf etdirmək üçün bilməli olduğumuz nüanslardan və digər maraqlı məqamlardan bəhs etdik.
    34 min
  • "Uşaq tərbiyəsində valideyn mövqeyi" I Valideyn saatı #20
    "Valideyn saatı" verilişində valideyn qismində qonağımız olan Esmira Əyyub  ilə üç fərqli yaşda övladla eyni evdə balansı necə qoruduğundan, uşaqlar arasında olan qısqanclıq, müqayisə və fərqləri necə tənzimləməsindən, yeniyetmə yaşdakı övladı ilə ünsiyyətdə ən çox diqqət etdiyi nüanslardan və digər maraqlı məqamlardan bəhs etdik.
    33 min
  • "Xanəndə ilk növbədə qəzəliyyatı yaxşı bilməlidir"
    "Sənətin səsi" verilişinin buraxılışında xanəndə, Milli Konservatoriyanın baş müəllimi Vüqar Əliyev ilə muğam müsabiqələrində qalib olan tələbələrindən, İfaçıların, xanəndələrin yeniliklərinə olan münasibətindən, öz dəst-xətti ilə fərqlənmək üçün ifaçıların nə etməli olduğundan və digər maraqlı məqamlardan bəhs etdik.
    30 min
  • Tikinti sahəsi üzrə kontent yaratmaq uğurludur? | Təmir studiyası #19
    "Təmir studiyası"nda qonağımız olan marketoloq, kontent yaradıcısı, "influencer" Fidan Manafova ilə sosial medianın tikinti sahəsi üzrə insanları dolğun məlumatlandırma cəhdlərindən, kontent yaradıcılarının üzərinə düşən məsuliyyətlərdən, məlumatlandırma zamanı qarşılaşdığı çətinliklərdən və digər maraqlı məqamlardan bəhs etdik.
    32 min
  • Uşaqlarda yaş krizləri I Valideyn saatı #19
    "Valideyn saatı" verilişində qonağımız olan psixoloq Ayşən Rəfiyeva ilə yaş böhranı nədir, necə baş verir və valideyn bu dövrdə uşağa necə yanaşmalıdır, uşaq böhranda olanda, məsələn, 3 yaşda “özüm geyinəcəyəm” deyib geyinə bilməyəndə, ağlayanda valideynin davranışının necə olmasından, böhran yaşayan uşağı necə müşahidə etməli olduğumuzdan  və digər maraqlı məqamlardan bəhs etdik.
    29 min
  • "Son zamanlar gənclərdə nəfəs alətlərinə əvvəlki kimi maraq yoxdur"
    "Sənətin səsi" verilişinin buraxılışında “Cəngi” ansamblınn solisti, tütək ifaçısı Coşqun Sadıqov ilə nəfəs alətlərinin təbliğindən və tədrisindən, “Cəngi” ansamblı və “Savab” qrupundakı uğurlu çıxışlarından, milli ifaçılıq sənətində qədim musiqi alətlərimizin yeri və rolundan və digər maraqlı məqamlardan bəhs etdik.
    23 min
  • Ustasız ev təmir etmək olar? | Təmir studiyası #18
    "Təmir studiyası"nda qonağımız olan evini özü təmir edən kulinar Mübariz Vəliyev ilə "ustasız təmir etmək" fikrinə necə gəlməsindən, təmir və material seçimi zamanı  qarşılaşdığı çətinliklərdən, təmirinin son mərhələsindən və digər maraqlı məqamlardan bəhs etdik.
    31 min

About Dalğa FM

From the publisher's feed

"Dalğa FM" 92.5 FM
"Dalğa"nı tut, fərqi hiss et