Dalğa FM
Download on the App Store

Dalğa FM episodes

  • "Arzum qələbə marşını ifa etməkdir"
    "Sənətin səsi" verilişinin buraxılışında vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlı vətən müharibəsində qazanılan qələbənin 5 illik yubileyindən, repertuarında ifa etdiyi vətənpərvər mahnılardan, Azərbaycan Milli Ordusunun hərbi hissələrində səslənən patriot musiqindən, vətənpərvərliyin aşılanmasından, övladlarımızda vətənpərvərlik hissinin tərbiyələndirilməsindən, Azərbaycan hərbi musiqisi və hərb sənətindən və digər maraqlı məqamlardan bəhs etdik.
    34 min
  • "Medianın uşaqların inkişafında rolu" I Valideyn saatı #23
    "Valideyn saatı" verilişində qonağımız olan “Pro Media Group” MMC-nin direktoru Cavid Neymətzadə ilə müasir medianın uşağın emosional və sosial inkişafına təsirindən, radionun uşağın təxəyyül gücünün və nitqinin inkişafında müsbət rolundan, uşaqlara medianın necə “düşünərək izləməyi” öyrətməli olduğundan və digər maraqlı məqamlardan bəhs etdik.
    36 min
  • "Vaqif Mustafazadə "Bakı payızı" müsabiqəsindən sonra məni "Leyli" vokal qrupuna dəvət etdi"
    "Sənətin səsi" verilişinin buraxılışında Azərbaycanın ilk qadın caz-vokal ifaçısı Tünzalə Qəhrəman ilə Beynəlxalq Caz Festivalının yaddaqalan çıxışlarından, Vaqif Mustafazadə ilə bağlı xatirələrindən, xarici ölkələrdə cazın, Azərbaycan cazının, caz ifaçılarının təbliğindən, caz musiqisinin gələcək nəsillərə ötürülməsi istiqamətində görüləcək layihələrdən və digər maraqlı məqamlardan bəhs etdik.
    31 min
  • "İdeal komanda ruhu” nə deməkdir?" I "Biznes inciləri" #14
    "Biznes inciləri" verilişində qonağımız olan "Mehin Events"in təsisçi və direktoru Mehin Tuayeva ilə tədbir təşkilatçılığına gəlməyindən, 2013-cü ildən bu günə qədər “Mehin Events” brendini necə formalaşdırdığından, tədbir planlaşdırarkən önəmli olan prioritetlərdən, ideal komanda ruhundan və digər maraqlı məqamlardan bəhs etdik.
    29 min
  • "Azərbaycan xalq və bəstəkar mahnılarının gitara üçün işləmələrindən ibarət kitabın müəllifiyəm"
    "Sənətin səsi" verilişinin buraxılışında gitara ifaçısı Cavid Bakı ilə yeni yaranan “Mezzo Duet” layihəsindən, musiqi məktəbindəki gitara tədrisi və ümumi pedaqoji fəaliyyətindən, solo konsertində nəzərdə tutulan repertuar və duetlərindən, gitara ifaçılıq sənəti və onun tədrisindən və digər maraqlı məqamlardan bəhs etdik.
    31 min
  • "XXI əsrin peşə bacarıqları: uşaqlara bu bacarıqları öyrətməyə haradan başlamalı?" I Valideyn saatı #22
    "Valideyn saatı" verilişində qonağımız olan psixoloq, "HR generalist" Nərmin Əhmədzadə ilə XXI əsrin uşaqlarına baxanda “peşə bacarığı” anlayışının nəyi ifadə etməsindən, rəqəmsallaşma dövründə empatiya, komanda işi kimi insani dəyərlərin necə qorunmasından, valideynlərin uşaqlarda peşə maraqlarını necə müşahidə etməli olduqlarından və digər maraqlı məqamlardan bəhs etdik.
    36 min
  • "Mənim dəsti-xəttim öz səsimdir"
    "Sənətin səsi" verilişinin buraxılışında müğənni Jalə Kərimova ilə BMA-da vokal məktəbindən, vokal ifaçılığı sənətindən, “Rast” qrupundakı fəaliyyətindən, caz musiqisində yaratdığı əsərlər və caz festivallarındakı çıxışlarından və digər maraqlı məqamlardan bəhs etdik.
    29 min
  • "Teatrın uşaqların inkişafında rolu" I Valideyn saatı #21
    "Valideyn saatı" verilişində qonağımız olan Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrının quruluşcu rejissoru Elşad Rəhimzadə ilə "Teatrın uşaqların inkişafında rolu"  mövzusunun müzakirəsi zamanı teatr və onun tərbiyəvi gücündən, teatrın uşağın şəxsiyyətinin formalaşmasında rolundan, səhnədə utancaq uşaqlarla iş zamanı hansı üsullardan istifadə etdiyindən, bağçalarda teatr dərslərinin valideynlər tərəfindən dəstəklənməsindən və digər maraqlı məqamlardan bəhs etdik.
    33 min
  • "Sənət yolunda öz əqidəmdən dönüb, işığımı itirmək istəməzdim"
    "Sənətin səsi" verilişinin buraxılışında Yuğ Teatrının aktrisası Natəvan Qeybani ilə Yuğ  Teatrının fəaliyyətindən, yeni tamaşalarından, 1996-cı ildən etibarən 30 ilə yaxın çalışdığı dövr və nailiyyətlərindən, ADMIU-da tələbəlik illərində ustadı Vagif İbrahimoğlunun teatr dərslərinin mahiyyətindən, V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış “Lənət” tamaşasından və digər maraqlı məqamlardan bəhs etdik.
    30 min

About Dalğa FM

From the publisher's feed

"Dalğa FM" 92.5 FM
"Dalğa"nı tut, fərqi hiss et