Dalğa FM
Download on the App Store

Dalğa FM episodes

  • Uşaqlar və imtahan həyəcanı I Valideyn saatı
    "Valideyn saatı" verilişində qonaq psixoloq, NLP Master Elmir İsgəndərov ilə imtahan həyəcanının yaranma səbəbləri, onun uşaqlarda özünəinam və nəticələrinə təsiri, eləcə də valideynlərin bu prosesdə rolu barədə müzakirə etdik. Qonağımız, həmçinin imtahan stressinin idarə olunması üçün psixoloji üsullar, uşaqlara dəstək yolları barədə valideynlərə faydalı tövsiyələr verdi.


    42 min
  • Azərbaycan Operası Dünyaya Necə Tanıdılır? İlham Nəzərov I Sənətin səsi
    "Sənətin səsi" verilişində Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, opera ifaçısı və pedaqoq İlham Nəzərov ilə musiqi yaradıcılığı, opera sənətinin incəlikləri, milli və dünya musiqisinin sintezi, beynəlxalq səhnələrdə qazandığı uğurlar və pedaqoji fəaliyyəti barədə söhbət apardıq. Verilişdə, həmçinin gənc musiqiçilərin yetişdirilməsi, Azərbaycan musiqisinin təbliği istiqamətində görülən işlər və sənətkarın gələcək layihələri haqqında da danışdıq.
    31 min
  • Ata və övlad münasibətləri
    "Valideyn saatı" verilişinin qonağı siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasətçi Amid Əliyev və qızı Gültac Əliyeva ilə ata və övlad münasibətlərinin müxtəlif tərəfləri barədə söhbət apardıq. Qonaqlarımız ailədə sevgi və hörmət mühitinin yaradılması, övladların tərbiyəsində atanın rolu, nəsillər arasında dialoqun qurulması, eləcə də bir-birini anlamağın əhəmiyyəti ilə bağlı danışdılar.
    42 min
  • Muğam sənətinin incəlikləri: Yaqut Abdullayeva ilə sənət söhbəti
    “Sənətin səsi” verilişinin qonağı xanəndə, Əməkdar artist Yaqut Abdullayeva ilə Qarabağ xanəndəlik məktəbinin sənətkarın yaradıcılığına təsiri və keçdiyi sənət yolu barədə söhbət apardıq. Qonağımız muğam sənətinə olan sevgisindən, səhnə fəaliyyətinin yaddaqalan məqamlarından bəhs etdik. Eyni zamanda, Qarabağın musiqi ənənələri, muğam sənətinin incəlikləri və bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti barədə danışdıq.
    32 min
  • Rəqabətdə necə fərqlənməli? Biznesdə Brend Dəyərinin Gücü I Biznes inciləri
    “Biznes inciləri” verilişinin qonağı “Beko” şirkətinin Qafqaz regionu üzrə regional marketinq meneceri Əfşan Bağırlı ilə qlobal brendin regional bazarlarda tətbiq etdiyi marketinq strategiyaları, müasir dövrdə istehlakçı davranışlarının dəyişməsi, rəqəmsal marketinq alətlərinin biznesə təsiri və brend dəyərinin formalaşdırılması mövzularını müzakirə etdik. Həmçinin marketinq sahəsində müşahidə olunan yeni tendensiyalar, şirkətlərin rəqabət mühitində fərqlənmək üsulları və uğurlu kommunikasiya strategiyalarının əhəmiyyəti barədə söhbət apardıq.
    36 min
  • Elvin Mirzəyev ilə yaradıcılıq dolu söhbət I Sənətin səsi
    "Sənətin səsi" verilişində qonaq rejissor Elvin Mirzəyev ilə yaradıcılıq yolu, səhnədə yaşadığı maraqlı məqamlar, uğurlu layihələri və gələcək planları barədə söhbət etdik. Verilişdə, həmçinin müasir teatrın inkişaf istiqamətləri, rejissor baxışının formalaşması haqqında danışdıq.
    41 min
  • Rəqəmsal dövrdə ailədaxili münasibətlərin qorunması I Valideyn saatı
    “Valideyn saatı” verilişinin qonağı media və kommunikasiya mütəxəssisi Azər Nəzərov ilə rəqəmsal texnologiyaların ailə münasibətlərinə təsiri, sosial şəbəkələrin ailədaxili ünsiyyətə gətirdiyi dəyişikliklər, valideynlərin uşaqların rəqəmsal həyatına nəzarəti və ailədə sağlam kommunikasiya mühitinin yaradılması yolları haqqında danışdıq.
    39 min
  • Əməkdar artist Mirnazim Əsədullayevlə kamança və muğam haqqında söhbət I Sənətin səsi
    "Sənətin səsi" verilişinin qonağı Azərbaycanın tanınmış kamança ifaçısı, Əməkdar artist, Mirnazim Əsədullayev ilə kamança sənətinin yaşadılmasından, muğam sənətinə verdiyi töhfələr və uzun illərə söykənən səhnə fəaliyyəti barədə söhbət açdıq. Veriliş zamanı sənətkarın kamança ilə bağlı xatirələri, ustad-şagird ənənələri ətrafında fikir mübadiləsi apardıq.
    41 min
  • Biznesdə uğurun sirri: Müasir liderlik və strateji inkişaf - Könül Əliyeva I Biznes inciləri
    "Biznes inciləri” verilişinin qonağı “FutureBright” şirkətlər qrupunun Azərbaycan üzrə ölkə direktoru Könül Əliyeva ilə müasir biznes mühitində liderliyin rolu, şirkətlərin inkişaf strategiyaları, insan resurslarının idarə olunması, korporativ mədəniyyətin formalaşdırılması və beynəlxalq təcrübənin yerli bazarda tətbiqi mövzularını müzakirə etdik. Həmçinin, o, uğurlu karyera yolundan, idarəetmə sahəsində qazandığı təcrübədən və biznes dünyasında qarşıya çıxan çağırışların həlli yollarından bəhs etdi.
    35 min

About Dalğa FM

From the publisher's feed

"Dalğa FM" 92.5 FM
"Dalğa"nı tut, fərqi hiss et