"Sənətin səsi" verilişində Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, opera ifaçısı və pedaqoq İlham Nəzərov ilə musiqi yaradıcılığı, opera sənətinin incəlikləri, milli və dünya musiqisinin sintezi, beynəlxalq səhnələrdə qazandığı uğurlar və pedaqoji fəaliyyəti barədə söhbət apardıq. Verilişdə, həmçinin gənc musiqiçilərin yetişdirilməsi, Azərbaycan musiqisinin təbliği istiqamətində görülən işlər və sənətkarın gələcək layihələri haqqında da danışdıq.