Dalğa FM
Download on the App Store

Dalğa FM episodes

  • Azərbaycanda moda brendi qurmağın sirləri I Biznes inciləri
    "Biznes inciləri" verilişinin qonağı“Leya Couture” və “Dably Baku” markalarının yaradıcısı və dizayneri, həmçinin “Dably Social” restoranının direktoru Leyli Zalova oldu. Verilişdə moda sahəsində uğurlu brend yaratmağın sirrləri, şəxsi biznes yolunda qarşıya çıxan çətinliklər, yerli moda sənayesinin inkişaf perspektivləri, kreativ yanaşmanın biznesdə rolu barədə danışdıq.
    31 min
  • Beynəlxalq səhnədə qələbə qazanan duet – yaradıcılıq yolu və uğurn I Sənətin səsi
    "Sənətin səsi" verilişinin qonağı Özbəkistanda keçirilən III Beynəlxalq Makom Festivalında I yerə layiq görülən sənətçilər – Respublika və beynəlxalq müsabiqələr laureatı, kamança ifaçısı Nurəddin Tağıyev və zərb alətləri ifaçısı Teymur Cəbrayılov qonaq oldular. Onlar festivalın yaratdığı təəssüratlar, beynəlxalq səhnədə Azərbaycan musiqisinin qazandığı uğur, yaradıcılıq yolları haqqında danışdılar.
    39 min
  • Uşaqlar və informasiya təhlükəsizliyi I Valideyn saatı
    "Valideyn saatı" verilişinin qonağı media eksperti Müşfiq Ələsgərli ilə uşaqların internetdə qarşılaşa biləcəyi risklər, saxta məlumatların təsiri, kibertəhlükələr, sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları, valideyn nəzarətinin əhəmiyyəti və rəqəmsal savadlılığın artırılması yolları haqqında danışdıq.
    31 min
  • Moda biznesində uğur qazanmağın sirləri I Biznes inciləri
    "Biznes inciləri" verilişinin qonağı "Tuva" brendinin təsisçisi Şəbnəm Bayramova brendin yaranma hekayəsindən, yerli moda sənayesində uğur qazanmağın sirlərindən, dizayn yanaşmasından və Azərbaycan mədəniyyətinin müasir geyimlərdə əks etdirilməsindən danışdı. O, həmçinin sahibkarlıq yolunda qarşılaşdığı çətinlikləri, beynəlxalq moda mühitində qazandığı təcrübəni və gələcək hədəflərini bölüşdü
    47 min
  • Xalq artistinin sənət yolu və musiqi irsi | Məmmədbağır Bağırzadə I Sənətin səsi
    "Sənətin səsi" verilişində Xalq artisti Məmmədbağır Bağırzadənin zəngin sənət irsi haqqında söhbət etdik. Verilişin qonaqları sənətkarın oğlu Rahim Bağırzadə və nəvəsi Məmmədbağır Bağırzadə onun sənət yolu, illər keçsə də sevilərək dinlənilən mahnıları, xatirələri və onun Azərbaycan musiqisinə bəxş etdiyi irs barədə danışdılar.
    36 min
  • Afaq Mustafayeva: "Food blogger" olmağın sirləri I Biznes inciləri
    "Biznes inciləri" verilişinin qonağı "food blogger" və şef Afaq Mustafayeva ilə kulinariya sahəsində uğur qazanmağın sirləri, şəxsi brend quruculuğu və rəqəmsal platformalarda məzmun istehsalının incəlikləri barədə söhbət apardıq. Afaq Mustafayeva həmçinin peşəkar mətbəx təcrübəsi, "food blogger" kimi fəaliyyət göstərməyin üstünlükləri və çətinlikləri haqqında fikirlərini bölüşdü.
    37 min

About Dalğa FM

From the publisher's feed

"Dalğa FM" 92.5 FM
"Dalğa"nı tut, fərqi hiss et