Dalğa FM
Download on the App Store

Dalğa FM episodes

  • Müasir PR-da Yeni Trendlər I Biznes inciləri
    "Biznes inciləri" verilişinin qonağı PR və strateji kommunikasiya üzrə ekspert, təlimçi Günel Əhmədova ilə ictimaiyyətlə əlaqələrin müasir dünyada rolu, PR sahəsində son tendensiyalar haqqında danışdıq. Qlobal PR Günü münasibətilə peşənin cəmiyyət, media və biznes arasında etibarlı körpü yaratmaq missiyasına nəzər saldıq.
    32 min
  • Molla Pənah Vaqif və Azərbaycan poeziyası I Sənətin səsi
    "Sənətin səsi" verilişinin qonağı qiraətçi Hüseynağa Aslanov oldu. Vaqif Poeziya Günlərinə həsr olunan verilişdə Molla Pənah Vaqifin zəngin ədəbi irsi, Vaqif Poeziya Günlərinin Azərbaycan mədəni həyatındakı əhəmiyyəti haqqında danışdıq.
    31 min
  • Uşaqlar və sağlamlıq I Valideyn saatı
    "Valideyn saatı"nın qonağı pediatr-infeksionist Aytən Ziyadova ilə uşaqlarda ən çox rast gəlinən infeksion xəstəliklər, onların əlamətləri, müalicə üsulları və profilaktik tədbirlər haqqında söhbət etdik.
    26 min
  • Azərbaycanın unudulmaz səsləri necə qorunur? I Sənətin səsi
    "Sənətin səsi" verilişinin qonağı Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivinin direktoru Vüsal Məmmədov ilə ölkəmizin zəngin səs irsinin qorunması, müxtəlif dövrlərə aid unikal səsyazmalarının toplanması, bərpası və rəqəmsallaşdırılması prosesi, eləcə də arxiv fondlarında saxlanılan dəyərli materialların mədəniyyət tariximizdəki əhəmiyyəti barədə danışdıq.
    38 min
  • Şəfa Yadigarova sağlam qidalanmanı biznesə necə çevirdi? I Biznes inciləri
    "Biznes inciləri" verilişinin qonağı həkim-dietoloq, "Shefalı Heyat Coffee & Healthy Food"un təsisçisi Şəfa Yadigarova oldu. Verilişdə sağlam həyat tərzinin təşviqi ilə biznesi bir araya gətirməyin yolları, sağlam qidalanma sahəsində sahibkarlığa başlamaq, brend yaratmaq prosesi, bu sahədə qarşıya çıxan çətinliklər barədə söhbət etdik.
    30 min
  • Ələkbər Hüseynovun ömür və sənət yolu I Sənətin səsi
    "Sənətin səsi"ində Ələkbər Hüseynovun 65 illik yubileyinə həsr etdiyimiz verilişdə sənətkarın yaradıcılıq yolu, canlandırdığı obrazlar, sənətə verdiyi töhfələr haqqında söhbət etdik. Qonaqlar - aktyorun övladları skripka ifaçısı Nərgiz Ələkbər Hüseynzadə və fotoqraf Cavidan Hüseynzadə ataları ilə bağlı xatirələrini, ailə daxilində tanıdıqları Ələkbər Hüseynovu, onun sənətə və həyata baxışı barədə danışdılar.
    35 min
  • Rasim Qurbanovun çoxşaxəli yaradıcılıq dünyası I Sənətin səsi
    "Sənətin səsi"nin qonağı çoxşaxəli yaradıcılığı ilə seçilən rəssam, dizayner, şair və musiqiçi Rasim Qurbanov oldu. Verilişdə qonağımızın incəsənətin müxtəlif sahələrini bir araya gətirən yaradıcılıq yolu, rəssamlıq və dizayn sahəsindəki fəaliyyəti, poeziyaya və musiqiyə olan sevgisi, ilham mənbələri, həyata keçirdiyi layihələr və gələcək planları barədə söhbət etdik.
    36 min

About Dalğa FM

From the publisher's feed

"Dalğa FM" 92.5 FM
"Dalğa"nı tut, fərqi hiss et