Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
FAQs about Dalğa FM:How many episodes does Dalğa FM have?The podcast currently has 536 episodes available.
July 23, 2026Xalq artistinin sənət yolu və musiqi irsi | Məmmədbağır Bağırzadə I Sənətin səsi"Sənətin səsi" verilişində Xalq artisti Məmmədbağır Bağırzadənin zəngin sənət irsi haqqında söhbət etdik. Verilişin qonaqları sənətkarın oğlu Rahim Bağırzadə və nəvəsi Məmmədbağır Bağırzadə onun sənət yolu, illər keçsə də sevilərək dinlənilən mahnıları, xatirələri və onun Azərbaycan musiqisinə bəxş etdiyi irs barədə danışdılar....more36minPlay
July 22, 2026Novruz Aslanın sənət yolu: Sevilən mahnıların yaranma hekayəsi I Sənətin səsi...more49minPlay
July 21, 2026Afaq Mustafayeva: "Food blogger" olmağın sirləri I Biznes inciləri"Biznes inciləri" verilişinin qonağı "food blogger" və şef Afaq Mustafayeva ilə kulinariya sahəsində uğur qazanmağın sirləri, şəxsi brend quruculuğu və rəqəmsal platformalarda məzmun istehsalının incəlikləri barədə söhbət apardıq. Afaq Mustafayeva həmçinin peşəkar mətbəx təcrübəsi, "food blogger" kimi fəaliyyət göstərməyin üstünlükləri və çətinlikləri haqqında fikirlərini bölüşdü....more37minPlay
July 21, 2026İlahə Şıxlinskaya ilə televiziya dünyasına səyahət I Sənətin səsi"Sənətin səsi" verilişinin qonağı aparıcı İlahə Şıxlinskaya ilə televiziya fəaliyyətinə başladığı anlar, aparıcılıq peşəsinin görünməyən tərəfləri, efir mədəniyyəti, media sahəsində qazandığı təcrübələrdən danışdıq....more40minPlay
July 20, 2026Azad Şükürov: Rollar, xatirələr və sənət yolu I Sənətin səsi"Sənətin səsi"ndə aktyor, Əməkdar artist Azad Şükürov qonaq oldu. Verilişdə onun yaradıcılıq yoluı, aktyorluğun görünməyən tərəflərindən, Azad Şükürovun sənət həyatında iz qoyan rollarından, yadda qalan ekran işlərindən danışdıq....more43minPlay
July 17, 2026Mirzə Babayev haqqında xatirələr | Nəvəsi Emin Babayev danışır I Sənətin səsiXalq artisti Mirzə Babayevin yaradıcılığına həsr olunan "Sənətin səsi" verilişinin budəfəki qonağı sənətkarın nəvəsi Emin Babayev oldu. Verilişdə Mirzə Babayevin ömür yolu, musiqi fəaliyyəti, estrada musiqisinin formalaşmasındakı xidmətləri haqqında danışdıq....more35minPlay
July 16, 2026Müasir PR-da Yeni Trendlər I Biznes inciləri"Biznes inciləri" verilişinin qonağı PR və strateji kommunikasiya üzrə ekspert, təlimçi Günel Əhmədova ilə ictimaiyyətlə əlaqələrin müasir dünyada rolu, PR sahəsində son tendensiyalar haqqında danışdıq. Qlobal PR Günü münasibətilə peşənin cəmiyyət, media və biznes arasında etibarlı körpü yaratmaq missiyasına nəzər saldıq....more32minPlay
July 16, 2026Molla Pənah Vaqif və Azərbaycan poeziyası I Sənətin səsi"Sənətin səsi" verilişinin qonağı qiraətçi Hüseynağa Aslanov oldu. Vaqif Poeziya Günlərinə həsr olunan verilişdə Molla Pənah Vaqifin zəngin ədəbi irsi, Vaqif Poeziya Günlərinin Azərbaycan mədəni həyatındakı əhəmiyyəti haqqında danışdıq....more31minPlay
July 15, 2026Uşaqlar və sağlamlıq I Valideyn saatı"Valideyn saatı"nın qonağı pediatr-infeksionist Aytən Ziyadova ilə uşaqlarda ən çox rast gəlinən infeksion xəstəliklər, onların əlamətləri, müalicə üsulları və profilaktik tədbirlər haqqında söhbət etdik....more26minPlay
July 15, 2026Azərbaycanın unudulmaz səsləri necə qorunur? I Sənətin səsi"Sənətin səsi" verilişinin qonağı Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivinin direktoru Vüsal Məmmədov ilə ölkəmizin zəngin səs irsinin qorunması, müxtəlif dövrlərə aid unikal səsyazmalarının toplanması, bərpası və rəqəmsallaşdırılması prosesi, eləcə də arxiv fondlarında saxlanılan dəyərli materialların mədəniyyət tariximizdəki əhəmiyyəti barədə danışdıq....more38minPlay
FAQs about Dalğa FM:How many episodes does Dalğa FM have?The podcast currently has 536 episodes available.